Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Zooparkdan paylaşılan şəkillər hamını heyrətə gətirdi - FOTOLAR

Maraqlı
Zooparkdan paylaşılan şəkillər hamını heyrətə gətirdi     - FOTOLAR

Sudanın Xartum şəhərində fəaliyyət göstərən Al-Qureshi heyvanat zooparkından paylaşılan fotoşəkillər insanı heyrətləndirir. Zooparkda saxlanılan aslanlar o qədər ac qalıblar ki, heyvanlar sözün həqiqi mənasında bir dəri, bir sümük vəziyyətinə düşüblər.

 

Buta.ws Bizimyol.info-ya istinadən xəbər verir ki, Zooparkda bütün heyvanlar aclıq çəkir. Zoopark rəhbərliyi bunu ölkəni bürümüş iqtisadi böhranla əlaqələndirib. Ən acınacaqlı vəziyyətdə isə aslanlardır. Həkimlərin dediyinə görə, heyvanlar çəkilərinin üçdə ikisini itiriblr.

Sudanda zoopark - Aslanlar

Onların dərisi altından sümüklərini rahatlıqla sezmək olur. Hətta aslanlardan birinin ağzına damcı yolu ilə qida ötürülür. Artıq aclıq çəkən heyvanlardan bir neçəsi ölüb. Zoopark əməkdaşları yerdə qalan heyvanlara öz vəsaitləri hesabına yemək alırlar.

Sudanda zoopark - Aslanlar 
Sudanda zoopark - Aslanlar

 

Bu xəbər ekoloqların həyəcanına səbəb olub. Bildirilib ki, 1993-2014-cü illərdə Afrika aslanlarının sayı 43 faiz azalıb, Yer üzündə onların cəmi 20 min nümayəndəsi qalmaqdadır. Hazırda Al-Qureshi zooparkı sağ qalmış vəhşilərin xilas olması üçün onlara yeni ev sahibləri axtarmaqdadır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maraqlı bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla