Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Arvadını öldürdüyünü 7 il sonra etiraf etdi - VİDEO

Kriminal
Arvadını öldürdüyünü 7 il sonra etiraf etdi -     VİDEO

7 il əvvəl törətdiyi qətl Nazim Cəfərovu rahat yaşamağa qoymadı, nəhayət əməlini etiraf etdi. Canına qəsd etdiyi isə 2 övladının anası Kamilə Cəfərovadır.

 

Buta.ws BAKU.TV-yə istinadən xəbər verir ki, Nazim Kamilə ilə 2000-ci ildə rəsmi qaydada ailə həyatı qurub.

 

Bir müddət Cəlilabad rayonunda yaşadıqdan sonra, Nazim Qobustan qəsəbəsində özünə ev tikib, ailəsini və övladlarını götürüb Bakıya gətirib. Aralarında tez-tez söz-söhbətlər olduğundan ərlə-arvad arasında şəxsi münasibətlər pozulub.

 

İstintaqa ifadəsi zamanı Nazim həmin vaxtlar taksi fəaliyyəti göstərdiyindən günün çox hissəsini evdə olmadığını, Kamilənin kənar şəxslərlə danışması və görüşməsindən şübhələndiyini, bir neçə dəfə başqa kişilərlə söhbət etdiyini gördüyünü bildirib. Kamilə artıq Qobustanda yaşamaq istəməyərək, şəhərə köçüb işləmək istədiyini bildirəndə, Nazim yaranan mübahisələrə son qoymaq üçün onunla razılaşır. Səbail rayonu, 20-ci sahə adlanan ərazidə, kirayə ev tutur. Özü isə Qobustanda, tikintidə fəhlə işlədiyindən, ordakı evində qalır.

 

Təxminən 10 gün sonra ailəsinə baş çəkmək üçün kirayə tutduğu evə yollananda, ev sahibi, Kamilənin uşaqları da götürüb çıxıb getdiyini deyir. Məktəb çıxışında uşaqlarını izləyən Nazim, onların yaxınlıqdakı bir binaya girdiklərini görür. Bir gün ora gedir, evdə adam olmadığından pilləkəndə oturub gözləyir. Kamilə evə gələndə onu görür və hay-küy salır.

 

Bundan sonra Kamiləni 2 dəfə Qobustanda gördüyünü deyən Nazim, yoldaşından bura niyə gəldiyini maraqlananda qadının onun üstünə qışqırdığını bildirir. Onların sonuncu görüşü isə 2012-ci ilin dekabrın 7-də baş tutur. Belə ki, Kamilə Nazimə zəng edərək, Qobustana gəldiyini və görüşmək istədiyini bildirir.

 

Nazim yoldaşı ilə evlərinin yanında görüşür. Söhbət edə-edə Nazimin stansiyanın yaxınlığında aldığı torpaq sahəsinə doğru gedirlər. Qadın Nazimə torpağı satıb, pulu ona verməyi tələb edərək, alçaldıcı sözlərlə təhqir edir. Mübahisə zamanı Nazim Kamiləni sinəsindən tutub itələyir. Bu vaxt qadın əl çantasından bıçaq çıxarır. Nazim isə bıçağı onun əlindən alaraq döş qəfəsindən bir zərbə endirir. Qadın yerə yıxılır və təxminən 1 dəqiqədən sonra hərəkətsiz vəziyyətdə qalır. Nazim qadının əllərindən tutaraq sürüyür, qamışlıqda çirkab suların axdığı kanala doğru gətirib, meyiti dəmir borunun içinə qoyur.

 

O, əl çantasından mobil telefonunu və şəxsiyyət vəsiqəsini götürərək, çantanı və bıçağı qamışlığa atır. Səhəri gün həmin ünvandan uşaqlarını götürərək, atasının evinə aparır. Bir müddət mobil telefonu və nömrəni özündə saxlayıb, mərhumun şəxsiyyət vəsiqəsini yandırır. Özü Kamilənin atasına və qardaşlarına zəng edib, yoldaşının 2 uşağı qoyub, çıxıb getdiyini deyir. Kamilənin valideynləri ilə birlikdə 8-ci Polis Bölməsinə gedərək, arvadının evdən çıxıb bir daha geri qayıtmaması barədə ərizə verirlər.

 

Nazim daha sonralar 3 dəfə həmin yerə gedir və meyitin orda olduğunu görür. 2013-cü ilin noyabrın 20-də qadının meyidi çirkab suların axdığı kanalda çürümüş vəziyyətdə aşkar edilir. Həmin vaxt meyidin şəxsiyyətini müəyyən etmək mümkün olmdığından, Kamilə Cəfərova kimsəsizlər qəbirstanlığında dəfn olunur.

 

Nazimi vaxt aşırı bir neçə dəfə 8-ci bölməyə çağırıb, sorğu-sual edirlər. Axırıncı dəfə 2019-cu il fevralın 20-də bölməyə çağırılan Nazimin inzibati qayda pozduğuna görə barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə inzibati həbs seçilir. Həbsdə olanda, müəssisənin rəisi onunla söhbət aparır. Nəhayət Nazim illər öncə arvadını öldürüb, meyitini dəmiryol xəttinin yanında, dəmir borunun içinə atdığını etiraf edir. Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanılır. Məhkəmə prosesində Nazim Cəfərov ittiham üzrə özünü təqsirli bilir.

 

Zərərçəkmiş şəxsin hüquqi varisi nəvələrinə görə Nazimi bağışladığını, ona qarşı şikayəti olmadığını qeyd edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum olunur.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla