Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Ölkənin ən pozitiv aparıcısı sirrini açdı: "Onlar olmasa yorğun ruhumu necə təzəliyərəm, bilmirəm" - MÜSAHİBƏ (FOTO)

Maqazin
Ölkənin ən pozitiv aparıcısı sirrini açdı: "Onlar olmasa yorğun ruhumu necə təzəliyərəm, bilmirəm" - MÜSAHİBƏ (FOTO)

"İkinci dəfə təhsil almaq üçün zamanım olsaydı, aktrisa olmaq istəyərdim. İncəsənətin bir parçası olmaq çox gözəldir".

 

Bu sözləri Buta.ws-ə tanınmış aparıcı Nübar Əbilqızı özəl müsahibəsində deyib.

 

- Sizə görə, Nübar xanım kimdir?


- Nübar xanım kiçik dünyasında böyük düşüncələri olan, Tanrısı gözəllik, sevgi olan biridir.

 

- Çox gözəl və baxımlı xanımsınız. Həyatınızda biri var?
 

- Bu çox özəl sualdır. Mən hər zaman istəmişəm ki, işimlə gündəmə gəlim. 

 

- Sizcə sevgini nə bitirir?

 

- Məncə, sevgi bitmir. Biri digərini əvəz edir. Bölünür və çoxalır.


- Kənardan baxdıqda çox pozitiv görünürsünüz. Risk etməyi sevirsiniz?

 

- Bəli, həyatım boyunca bir neçə dəfə risk etmişəm. Məsələn, ixtisasım başqadır, mən isə başqa sahədə çalışıram. Bu böyük risk idi.

 

- Sizcə, bu sahədə uğurlu olmusunuz?

 

- Bunu izləyicilər deyə bilər. 

 

- Yaxşı aparıcı olmaq üçün insan özündə nə kimi keyfiyyətləri cəmləşdirməlidir?

 

- Tənqidə, öyrənməyə, araşdırmağa açıq olmalıdır. Özü kimi qalmalıdır. Maddiyyat, qət etdiyin yol səni dəyişməməlidir.

 

- Hansı ölkədən olan kişilər sizi daha çox cəlb edir?

 

- Ölkə olaraq kateqoriyalara ayırmamışam. Dürüst kişilər xarizmatik olurlar.

 

- Necə oldu ki, aparıcı olmaq istədiniz? 

 

- İkinci dəfə təhsil almaq üçün zamanım olsaydı, aktrisa olmaq istəyərdim. İncəsənətin bir parçası olmaq çox gözəldir.
Göz önündə olmaq, insanlara xitab etməyi çox sevirəm. Əvvəllər aparıcı olmağı bunun üçün istənildiyimi fərz edirdim. Lakin psixologiya ilə maraqlanandan sonra anladım ki, mən evin tək övladı olduğum, çox sevildiyim üçün, hər zaman ictimaiyyət arasında olmağı istəmişəm.

 

- Üç ildir aparıcılıqla məşğulsunuz, sizin üçün ən yaddaqalan hadisə nə olub?

 

- Həmkarım Ülvin ilə canlı yayımda olduğumuz zaman mikrofon sınmışdı. Bu, mənim üçün gülməli, həm də maraqlı hadisə kimi yadda qalıb.

 

- İndiyə qədər iş həyatınızda rastlaşdığınız neqativ hadisə nə olub?

- 2018-ci il avqust ayında 1 aylıq psixoloji olaraq boşluğa düşdüm. Bir işdən risk alaraq ayrıldım. İş axtarırdım, fərqli proyektlərdə özümü sınamaq istəyirdim. Bunlar məni mənəvi olaraq yormuşdu.

 

- Televizyadan qazandığınız məbləğ sizi qane edirmi?

 

- Əgər, verilişiniz baxımlıdırsa, reklam gətirə bilirsinizsə, yaxşı məbləğ qazanmaq olar. Mən işlədiyim yerdən və mövqeyimdən razıyam.

 

- İşdən sonraki məşğuliyyətiniz nə olur?

 

- Çox vaxt dostlarımla görüşürəm. Rəfiqələrim mənim mənəvi qidamdır. Onlar olmasa yorğun ruhumu necə təzəliyərəm, bilmirəm. 

 

- Rəqabət apardığınız aparıcı varmı?

 

- Rəqabət aparmaq deməzdim. Xoşuma gələn, yaxud gəlməyən məqamları bildirirəm. 

 

- Bunun kobudluq olacağını düşünmürsüz?

 

- Maksimum dərəcə insanların qəlbini qırmadan bunu etməyə çalışıram.

 

- Kifayət qədər izləyiciniz varmı?

 

- "Nübarlı bağda" verilişimdə bunu alındırmışam. Xüsusilə bölgələrə yollananda. 

 

- İctimaiyyət arasında tanınırsınızmı? 

 

- Bəli, tanıyırlar. Çox zaman balaca uşaqlarla şəkil çəkdirirəm. Orta yaşlı qadınlar məni görəndə pozitiv şəkildə gülümsəyirlər.

 

- Nübar xanım özünü bir il sonra harada görmək istəyir?

 

- Daha ciddi bir layihədə görmək istəyirəm. Özümü fərqli mövqedən sınamaq istəyirəm.

 

- Hansı amil Nübar xanımı aparıcılıqdan uzaqlaşdıra bilər?

 

- Sağlamlığım imkan verdiyi müddətcə işimin başında olacağam. Vaxtı gəldiyi zaman efirdən gedəcəyəm. 

 

- Ola bilər ki, həyatınızda olan şəxs sizdən efiri tərk etməyinizi tələb etsin?

 

- Xeyr, bunu istəyəcək şəxslə münasibətimiz alınmaz.

 

- Tədbirlərə çox gedirsiniz, sizə sevgisini etiraf edən olub?

 

- Xoş hisslərini paylaşanlar olur, lakin bu sevgi deyil, tam başqa bir şeydir.

 

- Son dövrlərdə Azərbaycanda çəkilən film və serialları izləyirsinizmi?

 

- Bəli. Emilin filmi olan "Pərdə"ni çox bəyənirəm. Əsas da birinci hissəsini.

 

- Sizə görə bizim filmlərdəki bayağılıq nədən qaynaqlanır?

 

- Qonarara bağlıdır məncə. Aldığın məbləğ çox olduğu zaman işi daha yaxşı, daha həvəslə etməyə çalışırsan. Məbləğ az olduğu zaman insanlar öz işlərini yola verirlər.

 

- Maraqlıdır, Nübar xanım qonarara görə öz işini yola verərmi?

 

- Xeyr, az məbləğdə qazancım olsa da bunu etməmişəm.

 

- Yerli mətbuatda Azərbaycanın ən gözəl 10 aparıcısı içərisində sizin adınızı gördüm. Maraqlıdır, Nübar özünü gözəl hesab edirmi?

 

- Məncə "Azərbaycan xanımı" kateqoriyasına daxiləm. Özümə gözəl deməyi eqo kimi qəbul edirəm.

 

- Nübara gözəllik verən nədir?

 

- Məncə, daxilim və səmimiliyimdir. İnsanlar mənə hər zaman "səmimiliyini itirmə" deyirlər. 

 

- Ekstrmlər olduğu halda özünüzü itirirsiniz?

 

- Keçən ilə nisbətən bu il peşəkarlaşmışam. Belə haldan daha rahat çıxa bilirəm.

 

- Hansı ekstrmlərlə qarşılamısınız?

 

- Canlı yayımda daha çox olur. Ailədaxili ekstrim deməzdim, lakin çətin vəziyyət yarandığı zaman öncəki illərə nisbətən daha cəld çıxıram vəziyyətdən.

 

- Nübar xanım evdən çıxanda nə deyir?

 

- "Mama sağ ol, mən getdim" 

 

- Ailəniz sizi izləyir? Ən çox qınadıqları məqam hansılar olur?

 

- Atam mənim ilk və daimi izləyicimdir. Ən çox tənqid etdiyi şey "saçınla, üzünlə çox oynayırsan" olur. Bu, canlı yayımda normal haldır. Bəzən asqırmaq istəyirik, bəzən burnumuz qaşınır (gülür).

 

- Nübar xanımın açıq-saçıq geyimlə arası necədir?

 

- Yerinə görə geyinməyin tərəfdarıyam. Bəzi məclislər var ki, orada açıq-saçıq geyinmək olmaz. 

 

- Nübar xanım üçün el qınağı önəmlidir?

 

- Xeyr, insanlar nə deyər deyə hərəkət etməmişəm. İlk başda öz hiss etdiklərim gəlir. Hər hansı bir məsələ haqqında tərəddüt yaşayıramsa, dəyər verdiyim insanlardan məsləhət alıram.

 

- Tənqidlərə cavabınız nə olur?

 

- Əgər verilişlə bağlı məsələdirsə, cavab verirəm. Şəxsi olaraq məni tənqid edirlərsə, cavab vermirəm. İnsanlar yazdıqları şərhlərdə özlərini ortaya qoyurlar.

 

- Mətbəxlə aranız necədir?
 

- Əla. Sevdiyim yeməkləri hazırlaya bilirəm. Məncə hər qadın mətbəx mövzusunda iddialı olmalıdır. Mətbəxlə bağlı veriliş aparmağı istəyərəm. Təklif də var. 

 

- Xarici ulduzlardan idealınız varmı?

 

- Mən ruh halıma uyğun musiqi dinləyirəm. Yerinə görə meyxana da dinləyə bilərəm, arabesk rep də, klassik musiqi də.

 

- Yerli və ya xarici sevdiyiniz sənətçilər?

 

- Jhonny Depp, Sophia Loren, yerli sənətçilərdən Faiq Ağayev, İradə İbrahimova və.s

 

- Nəyə görə yerli seriallarda öpüşmə səhnələrinə pis baxılır?

 

-  Əvvəllər Teleradio Şirkəti buna icazə verirdi, lakin indi bu səhnələr hətta "youtube"da filtrlənir. Səbəbini isə hər şeyin əlçatan olması ilə bağlı olduğunu düşünürəm. Bir növ uşaqları da qorumaq üçün ola biləcəyini düşünürəm.

 

- Mahnı oxumaq üçün səsiniz uyğundur?

 

- Yox (gülür). Hətta bəzən zümzümə edəndə anam deyir ki, "sən Allah oxuma". Çox zaman operatorlarla uzun yol qət etdiyimiz zaman yol boyu zümzümə edirik.

 

- Klip çəkilişi üçün təklif almısınız?

 

- Bir dəfə olub, lakin özüm istəmədiyim üçün alınmayıb.

 

- Nübar xanımı hansısa müğənniyə oxşadan olub?

 

- Müğənni olaraq məni Azəri qızı Günelin gəncliyinə bənzədirlər. Aktrisa olaraq Vəfa Zeynallıya. Bir dəfə İçərişəhərdə olduğum zaman Bakılı ailə gördüm samovar qalayıb, masa ətrafına yığışmışdılar. Dayı məni gördüyü zaman "Gəl qızım, gəl. Görün kim gəlib" deməyə başladı. Simaca məni Çinarə Məlikzadəyə bənzətmişdilər. O vaxtlar mən Spacedə çalışırdım və çox tanınmırdım.

 

- Son olaraq buta.ws izləyicilərinə nə demək istəyirsiniz?

 

- Hazırda həyatımız çox qarmaşıqdır. Çox informasiya var. İnformasiya alacağımız çox sayt var. Təklif edirəm ki, xəbəri yerindən, operativ şəkildə alsınlar. Buta.ws-i oxusunlar.

 

Əfsanə Kamal

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla