Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Mədəniyyət Nazirliyindən dizaynerlərə xüsusi diqqət!

Ölkə
Mədəniyyət Nazirliyindən dizaynerlərə xüsusi diqqət!

Azerbaijan Design Award ölkənin ən yaxşı dizaynerlərini seçəcək.

 

Buta.ws xəbər verir ki, 2-ci mövsüm təşkil olunan Azerbaijan Design Award, layihələrin qəbuluna start verib.

 

Layihənin təsisçi və təşkilatşıları, gənc dizaynerlər Rəhim İsmayılov (müəllif, həmtəsisçi), Ramin Nəsirov (həmtəsisçi) və Elşən Quliyevdir (həmtəsisçi). 10 dizayn kateqoriyasından olan yaradıcı insanları bir araya toplayan yeganə layihəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də dəstək verib.

 

Yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi  və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilir. Dizaynın keyfiyyətini yüksəltməklə dünya səviyyəsində dizaynerlərlə ayaqlaşmaq üçün mühit yaratmaq istəyən təşkilatçılar, buna görə dünyanın dörd bir yanından münsiflər cəlb edib. 18 münsifin yer aldığı layihədə Azərbaycanla yanaşı Kanada, Rusiya, İtaliya, Cənubi Koreya, Polşa, Türkiyə, İrandan olan münsiflər yer alır. Dünyaca məşhur peşəkarlardan ibarət münsiflər heyəti bütün layihələri onlayn şəkildə anonim olaraq dəyərləndiriləcək.

 

Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim edə bilərlər.

Brendinq, qablaşdırma dizaynı, illustrasiya, veb dizayn, sənaye dizaynı, tətbiqetmə (app) dizaynı, interyer dizaynı, eksteryer dizaynı, çap dizaynı, outdoor dizaynı.

 

Azerbaijan Design Award layihəsinin qalibləri mart ayında keçiriləcək möhtəşəm final gecəsində 400-nəfərdən artıq dəvətlinin qarşısında canlı şəkildə elan olunacaq. Finalçılara Azerbaijan Design Award və Mədəniyyət Naziliyi tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. Qaliblərə isə əsas mükafat Azerbaijan Design Award kuboku, diplom və hədiyyələr təqdim olunacaq.

 

Layihənin rəsmi tərəfdaşı isə Kreativ Azərbaycan portalıdır.

 

Bütün yaradıcı insanları bu möhtəşəm dizayn festivalında iştirak etməyə dəvət edirik.

 

Layihələrin qəbulu: 13 yanvar - 17 fevral

 

Qeydiyyat: http://azerbaijandesignaward.com/register

 

facebook.com/azerbaijandesignaward

linkedin.com/azerbaijandesignaward

instagram.com/azerbaijandesignaward

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla