Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakıda möhtəşəm “Beauty Party Baku” gözəllik gecəsi keçirildi - FOTOLAR

Maqazin
Bakıda möhtəşəm “Beauty Party Baku” gözəllik gecəsi keçirildi     - FOTOLAR

Bir müddətdir sosial şəbəkələrdə anonsları gedən, çoxdan gözlənilən “Beauty Party Baku” gözəllik gecəsi nəhayət ki baş tutdu. 


Buta.ws xəbər verir ki, şəhərin məşhur hotellərinin birində keçirilən glamur gecəsi rəngarəng görüntülərə şahidlik edib. Tədbir zamanı dəb və gözəllik sahəsinin məşhur simaları cəzibədar obrazlarda zövqləri oxşayıblar.


Gecəyə bir çox məşhur simalar axın edib. Onların sırasında Xalq artisti Məleykə Əsədova, tanınmış modelyerlər Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, imicmeyker Mübariz, rəssam-vizajist Nərmin İbrahimova, prodüser Mədinə Məlik, rəqqasələr Fatimə Fətəliyeva, Renka Ağamuradova, stilist Samiraldo və estradamızın bir sıra tanınmış ifaçıları Ədalət Şükürov, Vasif Məhərrəmli, Nərmin Kərimbəyova, Sevinc Ağasiyeva, bloqerlər və başqaları olub.


“Dress Code”u “fashion style” olan gecədə qonaqlar zövqlü geyimləri ilə gecəyə gözəllik qatıblar.


Fərqli obrazlarda olan iştirakçılar və bu obrazları yaradan mütəxəssislər də nominasiyalar üzrə mükafatlara layiq görülüblər. Onların arasında Madame Beauty Mələk obrazı ilə tədbirə rəngarənglik bəxş edib. Mags Beauty gözəllik studiyası tərəfindən Merlin Monro obrazı xüsusi ilə yadda qalıb. Banu VİP studio tərəfindən maraqlı obrazlarla yanaşı, simaları olan rəqqasə Fatima Fatalinin obrazı da xüsusi gözəllik qatdı. 


Fərqli obrazlarda olan iştirakçılar və bu obrazları yaradan mütəxəssislər nominasiyalar üzrə mükafatlara layiq görülüblər.


Gecənin sonunda qalib üçün ayrılan tac öz sahibinə qovuşub. Tacın sahibi isə bloger Aysel İsmayılbəyli olub. Tədbir zamanı gözəllik ustadlığı ilə əlaqəli məşhur qaş mütəxəssisi Kifayət Cəfərova "Baxışların Tacı" nominasiyası ilə əlaqəli olaraq xüsusi Tacla təltif olundu. 


Daha sonra digər iştirakçılara Schwarzkopf Professional tərəfindən hədiyyələri təqdim edilib.  


Qeyd edək ki, tədbirin təşkilatçıları Kənan Rəhimov və Samirə Rəhimovadır.


Tədbirin informasiya dəstəkçilərindən biri Buta.ws saytıdır.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla