Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Qoca"nın qardaşı həbs edilib

Hadisə
"Qoca"nın qardaşı həbs edilib

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Buta.ws-ə verilən məlumaat görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 53 yaşlı Azad Məmmədov saxlanılıb. A.Məmmədovun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, ona məxsus iki ədəd patron, ümumi çəki 41, 278 qram narkotik vasitə tiryək və iki kibrit qutusunda ümumi çəkisi 11,69 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq A.Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 ədəd plastik qabda ümumi çəkisi 275 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

 

Qeyd edək ki, A.Məmmədov 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zaman konvoy mühafizəsi altından qaçmış, daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərəsizləşdirilən Etibar Məmmədovun ("Qoca" ləqəbli) qardaşıdır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Hadisə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla