Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakıda bıçaqlanma: Yaralı hücum edən şəxsi tanımadığını deyir

Kriminal
Bakıda bıçaqlanma:     Yaralı hücum edən şəxsi tanımadığını deyir

Bakının Yasamal rayonunda gənc kişinin qarın nahiyəsinə üç bıçaq zərbəsi vurulub.

 

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

“Yanvarın 16-da 18:00 radələrində Mirzə Ağa Əliyev küçəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxs bıçaqla 1990-cı il təvəllüdlü Atayev Nurlan Vəlafət oğluna hücum edib.

 

Nəticədə, yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb”, - rayon polis şöbəsindən verilən məlumatda bildirilir.

 

Hazırda Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsin saxlanılması üçün axtarış tədbirləri həyata keçirirlər. 

 

Zərərçəkən ilkin dindirilmə zamanı bildirib ki, hücum edən şəxsi tanımır. Lakin polis əməkdaşları onun yalan ifadə verdiyindən şübhələnirlər. 

 

İstintaq davam etdirilir, cinayətin səbəbi aydınlaşdırılır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla