Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Yanğın nəticəsində evsiz qalan ailə yardım gözləyir - VİDEO

Cəmiyyət
Yanğın nəticəsində evsiz qalan ailə yardım gözləyir -     VİDEO

Son günlər sosial şəbəkələrdə yayılan yanğın nəticəsində evsiz qalan doqquz yaşlı Zeynəbin görüntüləri izləyənləri kədərləndirib. 

 

Baku TV vəziyyətlə maraqlanmaq üçün Abşeron rayonu Məhəmmədli kəndində yaşayan ailəni ziyarət edib. 

 

Yanğın dekabrın 29-dan 30-na keçən gecə elektrik naqillərində baş verən qısaqapanmadan yaranıb. 

 

Nəticədə, üç otaqlı ev bütün əşyaları ilə birlikdə külə dönüb. Yanğın baş verən zaman isə evdə yalnız ailə başçısı Rövşən Əliyev olub. Həyat yoldaşı Tamella Pərvanəyeva və iki qızı isə həmin gün yaxınlarını ziyarət etmək üçün rayona gedib. 

 

Yanğından sonrakı bir neçə gün ərzində ailə qonşuların evinə sığınıb. Hazırda isə onlar müvəqqəti olaraq yardımsevər insanlardan birinin evində yaşayır. 

 

Məhəmmədli kənd icra nümayəndəsi Şiraslan Həsənovun dediklərinə görə, həmin ailə diqqətdə saxlanılır. Bu günə kimi onlara müəyyən yardımlar edilib. Evi yenidən tikmək üçün isə onların vəsaiti yoxdur. Yalnız evdə təmir işləri başlayacağı təqdirdə onlara daş, qum və sementlə təmin olunması üçün müəyyən köməklik göstərilə bilər. 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla