Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanda Duzdağ, Macarıstanda Baradla

Maraqlı
Azərbaycanda Duzdağ, Macarıstanda Baradla

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Naxçıvandakı məşhur Duzdağ müalicə müəssisəsi barədə eşitməyən azərbaycanlı tapmaq çətindir. Həm ölkəmizin sakinləri, həm də xarici ölkələrdən olan xəstələr buraya üz tutur, duzlu hava ilə nəfəs alaraq ağciyərlərini təmizləyirlər.

 

Buta.ws bildirir ki, AZƏRTAC-ın xüsusi müxbiri bu günlərdə macarlarla söhbət zamanı vətənimizin bu nadir guşəsinin populyar müalicə müəssisəsinə çevrildiyini bildirəndə məlum oldu ki, Macarıstanda da buna oxşar bir məkan var.

 

Ümumiyyətlə, Macarıstanda 1500-dən çox mağara var, lakin onlardan yalnız beşi, o cümlədən Lillafüreddə, Mişkoltsun yaxınlığında yerləşən İştvan və Macarıstan paytaxtının Buda hissəsində yerləşən Semlya mağaraları "tibbi əhəmiyyətli mağara" kimi rəsmən qeydiyyata alınıb.

 

Yaxın gələcəkdə bu beşliyə Baradla mağarası da əlavə olunacaq. Bu mağaranın müstəsna iqlim şəraiti insanların tənəffüs sistemi üçün Azərbaycandakı Duzdağ kimi əlverişli təsirə malikdir. Baradla mağarası yaxın vaxtlarda UNESKO-nun dünya irsi obyektləri siyahısına daxil edilib və tezliklə onun da "tibbi əhəmiyyətli mağara" sayılacağı gözlənilir.

 

Mağaranın içərisində test yoxlamaları başlanılıb. Müayinənin nəticələri təsdiq ediləndən sonra ona rəsmən "tibbi müəssisə" statusu veriləcək. Mağaranın qapıları pasiyentlər üçün açılandan sonra macar və slovak alimlərinin birgə işləyib hazırladığı test terapiyası tətbiq ediləcək.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maraqlı bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla