Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bir qədər zəhmət çəkib öz... Günün ulduz falı - 11 yanvar

Qoroskop
Bir qədər zəhmət çəkib öz...    Günün ulduz falı - 11 yanvar

Qoç - Maliyyə problemləri gözlənilir. Pulları düşünmədən xərcləməyiniz gələcəkdə problem yarada bilər. Əyləncələrdən və şübhəli işlərdən imtina edin. Sevgidə isə bəxtiniz gətirəcək. Xoş məqamdan istifadə edərək şəxsi həyatınıza düzən verməyə çalışın.

 

Buğa - Səhəriniz heç də pis açılmır. Əvvəlcədən qurduğunuz plana riayət edərək məqsədinizə doğru gedə bilirsiniz. Bədxahlarınız sizə mane olmağa çalışacaqlar, amma heç nəyə nail ola bilməyəcəklər: sizi saxlamaq çox müşküldür. İmicinizdə dəyişiklik edə, saç düzümünüzü, makiyaj stilinizi, yaxud qarderobunuzu dəyişə bilərsiniz.

 

Əkizlər - Nəinki ətrafdakılarla, heç özünüzlə də yola gedə bilmirsiniz. Bir qədər zəhmət çəkib öz fikirlərinizi, arzu və istəklərinizi, məqsədlərinizi qaydaya salın. Sevgilinizlə açıq söhbət bir çox qaranlıq məqamlara aydınlıq gətirəcək.

 

Xərçəng - Qeyri-formal ünsiyyət üçün münasib gündür. Bütün vacib məsələlərə insanların özlərini rahat hiss elədikləri yerlərdə - gəzinti zamanı, kafedə, hətta evdə, televizor seyr edərkən - aydınlıq gətirilir. Sizin maraqlarınızı bölüşən insanları, həmkarlarınızı evinizə dəvət edə bilərsiniz.

 

Şir - Havadan-sudan bəhs edən mövzularla başlanan söhbət tədricən müştərək layihələrin qızğın müzakirəsinə çevrilə bilər.
Hüquqi məsələlər bu gün daha ləng həll olunur. Sənədləşdirmədə, lazımi imzaların alınmasına çətinliklər yarana bilər. Sevgililər bu gün xoş anlar yaşayacaqlar, ailəlilər isə fikir ayrılıqlarını yenib, mübahisələrə son qoya biləcəklər.

 

Qız - Bu gün sizin üzüyolalığınız və güzəştə getməyiniz hamını dəfələrlə təəccübləndirəcək. Bu xüsusiyyətlər sizə uğur qazanmaqda kömək edəcək. Nüfuzlu şəxslərin rəğbətini qazana, rəhbərliyin sizə dəstək olacağına zəmanət ala bilərsiniz. Biznesmen Qızlar bu gün sərfəli sövdələşmələr edəcəklər. Uzun müddət düşmənçilik etdiyiniz şəxslərlə barışa bilərsiniz. Hətta ən qatı bədxahınız belə bu gün sizinlə mehriban davranacaq.

 

Tərəzi - Birmənalı gün deyil, özünüzü ora-bura vurursunuz. İşdə münaqişələr gözlənilir. Ağlınıza nə gəlir, ağına-bozuna baxmadan deyirsiniz. Nə nüfuzlu insanlardan çəkinir, nə də nəticələr barədə düşünürsünüz. Onlar isə özlərini çox gözlətməyəcək.

 

Əqrəb - Xoş tendensiyaların təsiri insanları daha inadcıl, qərarlı və məqsədyönlü edir, çətinliklərə müqavimət göstərməyə imkan yaradır. Günün ikinci yarısı maraqları və dünyaya baxışları ortaq olan insanlar arasında qarşılıqlı anlaşma əldə etmək elə də çətin olmayacaq.

 

Oxatan - Günün başlanğıcı o qədər də xoş olmayacaq. Çətinliklər və münaqişələr gözlənilir. Qarmaqarışıqlıq səbəbindən şərait barədə dolğun təsəvvür əldə etmək, düzgün qərarlar vermək çətindir. Gün ərzində, çalışın, sənədlərlə iş aparmayasınız, hesabat hazırlamaq və sənədlərə imza atmaqdan da çəkinin. Zərgər dəqiqliyi tələb edən işlərə də toxunmayın.

 

Oğlaq - İşgüzar keyfiyyətlərinizi və sahibkar bacarıqlarınızı ətrafdakılara nümayiş etdirməkdən yorulmayacaqsınız. Kommersiya fəaliyyəti ilə məşğul olan Oğlaqlar bu gün böyük uğurlar qazanacaqlar. Rəhbərliklə çoxdan bəri fikir ayrılığınız vardısa, onu aradan qaldıra, eyni zamanda özünüzün peşəkar mövqeyinizi möhkəmlədə bilərsiniz.

 

Dolça - Ünsiyyətlə dolu gündür, amma kimsə bu ünsiyyətin daim xoş keçəcəyinə zəmanət verə bilməz. Qadınlar kişilərin onlara qarşı diqqətinin artması səbəbindən özlərini narahat hiss edə bilərlər. Kişilər isə öz maraqlarının nümayişi üçün heç də həmişə uyğun üsullar tapa bilmirlər. Kütləvi tədbirlərdə və ziyafətlərdə çox aktiv iştirakın nəticələri də xoş olmaya bilər.
Balıqlar - Gücünüzü havayı yerə sərf etmək istəmir və məqsədə doğru ən qısa yolları, problemlərin ən asan həlli üsullarını tapmağa çalışırsınız. Bu cür yanaşma günün ilk yarısında çox uğurludur. Axşama doğru isə bütün işləri atmaq, ya da kiməsə tapşırmaq həvəsi oyanacaq. Qəti surətdə olmaz! Tənbəllik və yüngüllük yalnız itkilərlə nəticələnəcək və beləcə, gününüz hədərə gedəcək.//Milli.Az

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Qoroskop bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla