Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

“WhatsApp” istifadəçilərinə bəd xəbər – İşləməyəcək – VİDEO

İKT
“WhatsApp” istifadəçilərinə bəd xəbər –     İşləməyəcək – VİDEO

Dünyada bir milyarddan çox insanın istifadə etdiyi ani mesajlaşma sistemi olan "WhatsApp" bəzi telefonlara verdiyi dəstəyini geri çəkir. Söhbət "Windows Mobile" tədbiq sistemi olan ağıllı telefonlardan gedir.

 

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

 

Sakin: “Elə vaxt olur ki, kontur olmur, meqabaytla əlaqə qurmaq istədiyin adamla əlaqə saxlayaraq fikrini çatdıra bilirsən. İndiki dövrdə lazımlı bir şeydir”.

 

Sakin: “Dostlarımla daha, tez sürətli əlaqəyə keçmək üçün istifadə edirəm”.

 

Anar İsmayılov – Ekspert: “Əsasən köhnə model telefonlara aid olacaq. “Nokia”nın “S40”, “S60” modelləri. Ayfonlarda “ios7” sistemindən aşağı və 7-yə qədər, 7 də daxil olmaqla. Həmçinin android sistemli telefonlarda isə aşağı modellər bağlanacaq, “WhatsApp” istifadəsi qadağa olunacaq”.

 

Nurlan Quluzadə – Proqramçı: “Bunun əsas səbəblərindən biri odur ki, həmin modellərdə onların keyfiyyətinin gücünün parametrləri hazırkı proqram təminatlarına tab gətirməməsi və eyni zamanda bir sıra funksionallığı daşımamasıdır. Proqram istehsal şirkətləri bu proqram təminatlarına verdiyi xidmətləri dayandıracaq”.

 

Bundan sonra "Windows Store"-dan bu proqramı yükləmək mümkün olmayacaq. Ancaq hazırda yüklənmiş olan "WhatsApp" tədbiqindən istifadə etmək mümkün olacaq. "WhatsApp platstore"-dan çıxarıldıqdan sonra yenilənmə dəstəyi də kəsiləcək.

 

Anar İsmayılov – Ekspert: “Təbii ki, bəzi yollar olacaq ki, mümkün olsun. "WhatsApp+" və yaxud da "GB WhatsApp" proqramları var aplicationlarda. Onlardan istifadə etmək olacaq. Amma onlar da zərərli proqramlardır”.

 

Nurlan Quluzadə – Proqramçı: “Onların şəxsi məlumatlarının ələ keçməsinə problem yarada bilər. İOS-larda glbreak var. JB deyirlər. Və yaxud androidlərdə RUD var ki, hansı ki, normal əməliyyat sistemini sındırırlar. Bundan sonra proqram təminatını yükləyirlər. Ancaq onların şəxsi məlumatının ələ keçməsidir digər funksionallıqlara "WhatsApp" məsuliyyət daşımır”.

 

Qeyd edək ki, "WhatsApp" dünyanın ən populyar mesajlaşma tətbiqlərindəndir. Ötən ilin məlumatlarına görə, bir 1.5 milyarddan çox insan messencerdən istifadə edir.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

İKT bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla