Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

20 yaşlı qızı öldürən şəxsdən şok açıqlama: "Peşman deyiləm"

Dünya
20 yaşlı qızı öldürən şəxsdən şok açıqlama:     "Peşman deyiləm"

Türkiyənin Ordu şəhərində 20 yaşlı Ceren Özdemiri öldürən qatil ifadə verib.
 

Buta.ws azxeber.com-a istinadən xəbər verir ki, olanları soyuqqanlılıqla danışan qatil peşman olmadığını bildirib.
 

Hər zaman kimisə öldürmək istədiyini deyən manyak bu barədə danışıb: "Bir çox qadını öldürmək üçün izlədim. Ancaq ətrafda çox insan olduğu üçün istəyimi həyata keçirə bilmədim. Bu məqsədlə mağazaların birinin önündən keçərkən bıçağı oğurladım.

 

Hadisə baş verən gün qızı gördüm və izləməyə başladım. Evin yanına yaxınlaşanda cibimdəki bıçağı çıxarıb qoluma saldım. Məqsədim qızı öldürüb, çantasını oğurlamaq idi. Bu zaman qız qapının zəngini çaldı. Pəncərədən başqa bir qadının baxdığını gördüm. Qız qapını açıb içəri girərkən ucadan dedim: "Burda Mətin deyə biri yaşayırmı?" Qız geri çönən kimi bıçağı iki dəfə vurub, qaçaraq uzaqlaşdım".
 

Daha öncə də narkotikdən cəza alan Artuç adlı manyak, həbsdən çıxdıqdan sonra gecələri işlədiyi inşaatda yatdığını bildirib: "Cinayət gecəsi burada yatdım. Səhəri gün avtobus dayanacağına gedərkən vətəndaşlar mənə hücum etdi. Polislər məni qurtardı və maşına mindirdi. Mən arxa oturacaqda polislərin birinin yanında oturdum. Bu zaman bıçağı polisin boğazına vurmaq üçün çıxardım. Lakin polis arxaya çöndüyü üçün polis ürəyinə dəydi. İkinci dəfə vurmaq istəyərkən digər polis məni saxladı. Bu zamanda onu barmağından yaraladım. Heç nə üçün peşman deyiləm".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla