Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

Sürücülük vəsiqəsi imtahanını yol polisi keçirməsin - TƏKLİF - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Ölkə
Sürücülük vəsiqəsi imtahanını yol polisi keçirməsin     - TƏKLİF - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Azərbaycanda sürücülük vəsiqələrinin alınması üçün təşkil edilən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi təklif edilir.

 

Millət vəkili Fazil Mustafa deyir ki, bu ideyanı gerçəkləşdirmək çətin olsa da, mümkünsüz də deyil.
 

Fazil Mustafa (Millət vəkili): "Bugünkü qəzaların çoxu, məhz bundan doğan problemdir. Bu, təbii ki, mümkündür. Bu məsələ müvafiq qurumlar arasında danışıqlar olarsa, həyata keçirilə bilər".
 

Buta.ws bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.


Ekspertlər deyirlər ki, imtahanın hansı qurum tərəfindən keçirilməsinin önəmi yoxdur. Əgər bu iş DYP-dəki kimi icra ediləcəksə, başqa bir quruma həvalə etmək əlavə çətinliklər yarada bilər. Bu, həm də vətəndaşların vaxt itkisinə də səbəb olacaq.
 

Elməddin Muradlı (Ekspert): "Sürücülük məsələləri ilə bağlı məsələ o qədər də qəliz bir iş deyil. Bunu yol polisi sadə şəkildə həyata keçirir. Real görünmür. Maddi texniki bazanı qurmaq, hər həftə iki-üç dəfə imtahan keçirmək. Bu DİM-in formatını kiçiltmək və ya işinin ağırlaşdırılmasına təsir göstərəcək".
 

Hazırda Azərbaycanda 4 milyona yaxın insan sürücülük hüququna sahib olsa da, bu rəqəm günü-gündən artmaqdadır. Vətəndaşlar da, indiki prosedurun daha rahat və əlçatan olduğu qənaətindədir.
 

Millət vəkili Fazil Mustafa bu təklifin gerçəkləşməyəcəyi təqdirdə, şəffalıq üçün vətəndaş nəzarəti ilə bu imtahanların keçirilməsini təklif edir.
 

Fazil Mustafa (Millət vəkili): "İndiki vəziyyətdə qalmaqla, ictimai nəzarəti gücləndirməklə, daha peşəkar formada, hazırlıqlı adamlara vəsiqənin verilməsi gerçəkləşdirilə bilər".

 

Təkliflərin, iradların fonunda, məsələ, hələ ki, açıq qalır. Avtomobil idarə etməyi bacaran, qanun və qaydaları bilən şəxs üçün nə fərqi var ki, imtahanı harada verir? Əsas odur ki, bu imtahandan yox, yollarda üzləşəcəyi imtahandan qalib çıxsın...

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla