Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

"Ermənistanda Qriboyedovun heykəlinə boya tökülməsi bu ölkənin indiki hakimiyyətinin xeyir-duası ilə sərgilənir" - Millət vəkili

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Siyasət
"Ermənistanda Qriboyedovun heykəlinə boya tökülməsi bu ölkənin indiki hakimiyyətinin xeyir-duası ilə sərgilənir"     - Millət vəkili

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Ermənistanda rus yazıçısı Aleksandr Sergeyeviç Qriboyedovun heykəlinə boya tökülərək yararsız vəziyyətə salınması Ermənistanla Rusiya arasında münasibətlərin get-gedə daha da pisləşməsindən xəbər verir.

 

Buta.ws xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

 

Onun sözlərinə görə, son hadisələr göstərir ki, artıq bu məsələdə şovinistlər bir qədər də irəli gediblər və Rusiyaya qarşı etirazlarını ifadə etmək üçün dekabrın 2-də erməni millət vəkilinin oğlu belə bir addım atıb:

 

"Həmin şəxs etirazını Qriboyedovun heykəlinin üzərinə boya tökməklə bildirib. O, məsələni sosial şəbəkədə də ictimailəşdirərək açıq etiraz nümayiş etdirib. 2 dekabr Ermənistanın bolşevikləşdirilməsi tarixidir və həmin tarixdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya səfər edib. Bütün bunlar onu göstərir ki, artıq Rusiya ilə Ermənistan münasibətləri kifayət qədər gərginləşib. Özlərini müttəfiq adlandıran bu dövlətlərin münasibətləri korlanmaq üzrədir. Rusiyanın Ermənistanın indiki hakimiyyətindən narazılığı olduqca böyükdür və istina edilmir ki, Qriboyedovun heykəlinə qarşı bu münasibət Ermənistanın indiki hakimiyyətinin xeyir-duası ilə sərgilənir. Bu əslində Ermənistanın indiki hakimiyyətinin Rusiya dövlətinə və hakimiyyətinə olan münasibətin ifadəsidir".

 

Qeyd edək ki, Yerevanda rusiyalı diplomat və dramaturq Aleksandr Qriboyedovun heykəlinə boya tökülüb. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu yerli millətçi fəal Şagen Arutyunyan bu barədə öz "Facebook" səhifəsində yazıb. Ş.Arutyunyan bu addımı bir müddət əvvəl Rusiyada erməni faşist Njdenin xatirə lövhəsinin qara boya ilə rənglənməsinə cavab olaraq atdığını bildirib.

 

Ermənistan polisi insidentlə cinayət işinin açılması məsələsini nəzərdən keçirdiyini deyib.

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla