Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

Bələdiyyə seçkilərində “Exit-poll” keçirmək istəyən təşkilatlar üçün son gün

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Siyasət
Bələdiyyə seçkilərində “Exit-poll” keçirmək istəyən təşkilatlar üçün son gün

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində "Exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti başa çatır.

 

Buta.ws Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 20 gün qalanadək, yəni 2019-cu il dekabrın 3-dək (dekabrın 3-ü də daxil olmaqla) qəbul edilir.

 

Bundan əlavə hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi müddəti dekabrın 3-də başa çatır.

 

Dekabrın 3-də həmçinin səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi müddəti bitir.

 

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər 15,156 bələdiyyə üzvlüyü üzrə baş tutacaq. Dairə seçki komissiyalarına siyasi partiyalar tərəfindən, öz təşəbbüsü ilə və seçicilərin təşəbbüs qrupları tərəfindən olunan müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş vaxtda və qaydada baxılaraq 42 769 nəfərin namizədliyi təsdiq olunub. Onlardan 41 872 nəfərin namizədliyi bu vaxtadək qeydə alınıb.

 

Öz namizədləri ilə seçkilərə qatılmaq niyyətində olan 13 siyasi partiya tərəfindən səlahiyyətli nümayəndələrin qeydə alınması üçün MSK-ya ünvanlanan müraciətlərə müsbət reaksiya verilərək, siyasi partiyaların təqdim etdiyi bütün şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla