Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

Toğrul İsmayıl: "Milli Məclisin buraxılması qərarı Azərbaycandakı islahatlar fonunda düşünülmüş addımdır"

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Siyasət
Toğrul İsmayıl: "Milli Məclisin buraxılması qərarı Azərbaycandakı islahatlar fonunda düşünülmüş addımdır"

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

"Milli Məclisin buraxılması barədə qərar Azərbaycandakı islahatlar fonunda vaxtında atılan və düşünülmüş addımdır".

 

Buta.ws xəbər verir ki, bunu Trend-ə türkiyəli ekspert, professor Toğrul İsmayıl deyib.

 

T.İsmayılın sözlərinə görə, bu qərar dəqiq əsaslandırılıb:

 

"Bu gün Azərbaycan iqtisadiyyatın bütün sahələrində, istehsalda, təhsildə fəal inkişaf edir və buna ilk növbədə son illər ərzində dövlət başçısının rəhbərliyi altında keçirilən köklü islahatlar kömək edib. Bu dövlət siyasətinin nəticəsi olaraq Azərbaycan haqlı şəkildə Cənubi Qafqaz regionunda aparıcı ölkə hesab olunur və dünyada yüksək imicə sahibdir. Ölkə Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən ağıllı və düşünülmüş dövlət siyasəti sayəsində beynəlxalq münasibətlər sistemində reytinqini yüksəldib. Bu gün bu proses uğurla davam edir və müsbət nəticələr gətirir".

 

Ekspert bildirib ki, bu il keçirilmiş struktur və kadr dəyişiklikləri də vacib islahatların hissəsidir:

 

"Ona görə də parlamentin buraxılması qərarı qanunauyğun addımdır. Azərbaycan islahatçılıq təşəbbüslərini daha fəal təşviq etməli və vacib qərarlar qəbul etməlidir".

 

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası, eyni zamanda partiyanı parlamentdə təmsil edən deputatlarla görüş keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub. Həmçinin, bununla bağlı Milli Məclisə müraciət ünvanlanması qərara alınıb.

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar qəbul olunub.

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla