Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

"Biz, xalqımız və Prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq" – Səməd Seyidov

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Siyasət
"Biz, xalqımız və Prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq"     – Səməd Seyidov

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

“Heç kimə sirr deyil ki, bu gün Azərbaycan xalqını ən yüksək səviyyədə təqdim və müdafiə edən, faktiki milli maraqlarımızı təmsil edərək, milli dəyər səviyyəsinə yüksələn Prezident bu işi peşəkar cəhətdən ən yüksək səviyyədə aparır. Lakin paradoksal bir vəziyyət yaranıb”.

 

Buta.ws xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

 

O bildirib ki, uzun illər ərzində aparılan quruculuq siyasəti yeni Azərbaycan formalaşdırıb: “Bununla yanaşı, xalq müasirləşib, tələbləri artıb, onun düşüncə tərzi, təhliletmə qabiliyyəti yüksəlib. Bir sözlə, Azərbaycanda milli və müasir şüur formalaşıb və bu şəraitdə biz Milli Məclisin xalqın qarşısında təmsilçiliyimizi mütləq yenidən təsdiq etməliyik. İslahatların məntiqi, dünya təcrübəsi, beynəlxalq öhdəliklər bunu belə tələb edir”.

 

Komitə sədri söyləyib ki, məhz buna görə, təmsilçi rolunu yüksək səviyyədə yenidən təsdiq etmək üçün bu qərarı dəstəkləmək vacibdir: “Biz xalqın müasirlik səviyyəsinə uyğun, müxtəlif dilləri bilən, vətənpərvər, peşəkar insanlara daha geniş yol açmalıyıq. Biz xarici siyasətimizi ən yüksək səviyyədə təmsil etməliyik. Biz xalqımız və Prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq”.

 

S.Seyidov əlavə edib ki, hər bir millətin gələcəyi onun dünyanın müasir çağırışlarına uyğun cavab vermək, milli maraqları dünyada gedən mürəkkəb və baş verən ədalətsiz proseslər çərçivəsində müdafiə etmək, xalqın istək və arzularını əks etdirmək qabiliyyətindən asılıdır.

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla