Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

Evi əlindən alınan Müşfiq Abbasov: Ali məhkəmə vicdanlı qərar çıxardı

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Evi əlindən alınan Müşfiq Abbasov:     Ali məhkəmə vicdanlı qərar çıxardı

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Ali məhkəmə vicdanlı qərar çıxardı. Qeyd etdi ki, mən vicdanlı alıcıyam. 

 

Buta.ws xəbər verir ki, bunu tədbirlərin birində Oxu.Az-ın əməkdaşı ilə söhbətində “Bu şəhərdə” yumortistik teatrının ssenari müəllifi Müşfiq Abbasov bildirib.

 

O, məhkəmənin çıxardığı qərardan razı qalsa da, evini hələ də qarşı tərəfdən tam ala bilmədiyini dilə gətirib:

 

“Əmlak komitəsinin mənə verdiyi çıxarış təsdiqlədi. Notarius tərəfindən alqı-satqı təsdiqləndi və yönləndirildi. Xala və bacıqızı öz aralarında məsələlərini həll edəcəklər. Apellyasiya Məhkəməsinin qərarını gözləyirik.

 

Mənə evi satan Gülrux Həsənova deyir ki, sənədlə evi şəffaf şəkildə satmışam, xala isə deyir ki, bacım qızı yalan danışır, o, dələduzdur. Sənədləri saxtalaşdıraraq evi satıb. Bunların isə mənə aidiyyəti yoxdur, çünki dövlət mənə zamin olub. Əmlak Komitəsi adıma çıxarış verib, 5 saylı Dövlət Notariat Kontoru həmin alqı-satqını təsdiqləyib”.

 

Müşfiq Abbasov Apellyasiya Məhkəməsinin bir aydan sonra çıxaracağı qərarı gözlədiyini söyləyib:

 

“Ümid edirəm ki, bir aydan sonra bu məsələlər yekunlaşacaq. Apellyasiyanın qərarını gözləyirəm. Amma ehtimal var ki, Apellyasiya Məhkəməsinin çıxardığı qərardan sonra yenidən iş Ali Məhkəməyə yönləndirilsin”.

 

Qeyd edək ki, Müşqiq Abbasov şəxsi “Instagram” hesabında bir müddət öncə üzləşdiyi problemi bu cür şərh etmişdi:

 

“Sən demə, mənim 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan üç il sonra Taleh ölüb. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib.

 

Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət Notariusu təsdiqləyib və sonra Dövlət Əmlak Komitəsi ona əsasən mənə çıxarış verib. İndi altı ildən sonra hakim deyir ki, evi qaytar”.

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla