Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

"102-ci baza çıxsa, Azərbaycan ordusu 2 saata Yerevana çatacaq..."

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Siyasət
"102-ci baza çıxsa, Azərbaycan ordusu 2 saata Yerevana çatacaq..."

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

“Aprel döyüşləri araşdıran komissiya üzvləri kimlərdir, onların tərkibində orduda belə xidmət etməyən insanlar var, silahın nə qədər ağırlığı olduğu barədə heç bir məlumatları yoxdur, silah növlərini bilmirlər və onların bu məsələni müzakirə etməli olduqlarını, hansı qərarlar qəbul edəcəklərini belə anlamıram”.

 

Buta.ws Ordu.az-a istinadən xəbər verir ki, bunu ehtiyatda olan erməni polkovnik Qriqor Qriqoryan deyib

 

Onun sözlərinə görə, ilk növbədə suallar kəşfiyyat idarəsinin keçmiş rəisi, hazırda Paşinyanın hərbi müşaviri məsuliyyətə cəlb edilməli ilk şəxs olan Arşak Karapetyandan soruşulmalıdır.

 

Xatırladaq ki, 2016-cı ildə Aprel döyüşlərindən dərhal sonra Sarkisyan Silahlı Qüvvələrin Kəşfiyyat İdarəsinin keçmiş rəisi general-mayor Arşak Karapetyanı vəzifəsindən azad edib, onun adı Aprel döyüşləri zamanı edilmiş ən böyük kəşfiyyat boşluqları və nöqsanları ilə əlaqələndirilirdi. Bununla yanaşı, Karapetyan 2018-ci ildə Paşinyanın qərarı ilə, Ermənistan Respublikası Baş nazirinin müşaviri təyin edildi.

 

Qriqoryan, Aprel döyüşlərindən sonra həyata keçirilən “Günnüt əməliyyatı”na da toxunub.

 

“Bəziləri dərk etmədən açıqlama verdi və hələ də davam edirlər ki, hektarlarla ərazi itirmişik. Bəli, mövqeyimizi itirdik, amma geri çəkiləndə istənilən yerdə əlverişli bir mövqe seçməlisiniz. Heç kim danışmır ki, 2018-ci ildə, Paşinyanın hakimiyyəti dövründə, Naxçıvan qanadındakı Vayots Dzorda minlərlə hektar ərazi itirdik. Həm də bu əraziləri döyüş olmadan itirmişik. Bəs niyə bu barədə danışmırıq? Necə oldu ki, Türk mövqeləri nə bilim harada olduğu bir halda, Areni kəndi rəqibin hədəfi altına düşdü?”, - deyə erməni polkovnik bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlara hazırlaşır.

 

“Məncə yaxın 3-4 ay ərzində Azərbaycan trəfindən hərbi əməliyyatlara başlanıla bilər. Hərbi əməliyyatların əsas hissəsi Naxçıvan qanadında aparılacaq. Bu iki məsələ ilə bağlıdır. Birincisi, rusların Naxçıvanı müharibəyə sürükləməsi və sonradan onu azad etməsi üçün təxribat, bununla da məqsəd buradan Şimal-Cənub yolunun keçməsi və dəmir yolunun işləməsidir. İkincisi, bu Rusiya Federasiyasının planlarına daxil deyilsə, o zaman Ermənistanı məhv etmək məsələsi qarşıya qoyulub və Türkiyənin Ermənistana qoşun yeritməyə çalışacağı istisna edilmir”, - deyə erməni polkovnik bildirib.

 

O, Rusiyanın Gümrüdəki hərbi bazanı boş yerə gücləndirmədiyini də qeyd edir: “Bəzi axmaq insanlar isə bunun bizə lazım olmadığını deyirlər. Əgər rus qoşunlarını Ermənistandan çıxarsalar, Azərbaycan ordusu 2 saat ərzində İrəvanın mərkəzinə çatacaq”.(virtualaz.org)

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla