Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakıda işığı borca görə kəsilən mənzildə şam yandırılması bədbəxt hadisəyə səbəb olub

Hadisə
Bakıda işığı borca görə kəsilən mənzildə şam yandırılması bədbəxt hadisəyə səbəb olub

Bakıda evdə baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

 

Buta.ws Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 30-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, ev 7-də qeydə alınıb.

 

Belə ki, Fərhad Hüseynova məxsus binanın 2-ci mərtəbəsində yerləşən ev 7 ünvanda Şəmkir rayon sakini, 1980-cı il təvəllüdlü Arzu Babayeva övladları - 2005-ci il təvəllüdlü Bayramzadə Xəyal Rauf oğlu və 2007-ci il təvəllüdlü Bayramzadə Ramal Rauf oğlu ilə birlikdə 3-4 aydır kirayədə yaşayıb. Həmin ailənin işıq sərfiyyatına borcu olduğu üçün təxminən 2 gün əvvəl işıq idarəsinin əməkdaşı tərəfindən elektrik naqili sayğacdan ayrılıb.

 

A.Babayevanın əri Rauf Bayramov isə Rusiya Federasiyasında ticarətlə məşğul olur və hazırda orada yaşayır.

 

Məlumata görə, noyabrın 29-da saat 16 radələrində A.Babayeva övladlarını evdə tək qoyaraq rəfiqəsigilə gedib, hava qarlandan sonra oğlu X.Babayev yaxınlıqda yerləşən marketdən şam alaraq evə qayıdıb. O, şamı yatdıqları çarpayının yanına qoyub. Onları yuxu tutduqdan sonra səhərə yaxın şamın odu mələfəyə keçib, nəticədə yanğın baş verib.

 

Daha sonra qonşular Fövqəladə Hallar Nazirliyinə (FHN) yanğınla bağlı məlumat verib və yanğınsöndürmə əməkdaşları hadisə yerinə gəlib. Saat 05:40 radələrində yanğın tam söndürülüb.

 

Xəyal və Ramal Bayramzadələr isə orta ağır dərəcəli zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Mərkəzi Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdiriliblər.

 

Məlumat əsasında hadisə yerinə baxış keçirilib, yanğın və təhlükəsizlik texnikası ekspertizası təyin edilib, izahatlar alınıb.

 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoymaq) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq aparılır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Hadisə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla