Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Millət vəkili qəzaya düşdü

Hadisə
Millət vəkili qəzaya düşdü

Xəbər verdiyimiz kimi, bu gün Bakının Nərimanov rayonunun Ağa Neymətulla küçəsindən zəncirvari avtomobil qəzası baş verib.

 

Buta.ws bildirir ki, hadisə şahidlərinin qafqazinfo-ya verdiyi məlumata görə, qəzada iştirak edən maşınlardan biri - 10-XJ-003 dövlət nömrə nişanlı, "Lexus" markalı avtomobil millət vəkili Elman Məmmədova məxsus olub.

 

Hadisə ilə bağlı qafqazinfo-ya açıqlama verən millət vəkili Elman Məmmədov məlumatı təsdiqləyib:

 

"Bakı Dövlət Universitetinin yubiley tədbirindən çıxıb o istiqamətdə hərəkət edirdim. Oradakı parkın yanından keçirdim. Sürət həddi 15-20 km/saat idi. Arxadan gəlib maşınımı vurdular, mən də qarşıdakı avtomobilə dəydim. Zəncirvari qəzanı törədən arxada olan 3-cü maşının, "Mecedes" markalı avtomobilin sürücüsü olub. Maşınım da qarşıdakı "Jiquli"yə dəydi. Mənim sürücüm yoxdur, avtomobili özüm idarə edirəm".

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi də məlum qəzayla bağlı məlumat yayıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, hadisə yerindən  25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə KTM-ə çatdırılıblar. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Hadisə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla