Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

DİQQƏT! - Bu telefonlarda "WhatsApp" işləməyəcək

İKT
DİQQƏT! - Bu telefonlarda "WhatsApp" işləməyəcək

"WhatsApp" messencerinin "Windows Phone" və "Windows 10 Mobile" əməliyyat sistemləri üçün versiyasının buraxılışı dekabrın 31-də tam dayandırılacaq. Bu barədə "Microsoft" korporasiyasının saytında deyilir.

 

Buta.ws "ictnews"a istinadla xəbər verir ki, "WhatsApp" nümayəndələrinin sözlərinə görə, onlar hazırda "Microsoft" mobil platformaları üçün messencerin yeni versiyalarının hazırlanması ilə məşğul olmurlar. "WhatsApp"ın "Microsoft" əlavələr mağazasında ləğv edilməsi ilə əlaqədar "Windows" sistemli smartfona quraşdırılan proqramdan istifadə mümkün olmayacaq.

 

Bildirilir ki, "Windows Phone" və "Windows 10 Mobile" ilə yanaşı, 1 fevral 2020-ci ildən etibarən "WhatsApp" messencerinin "Android 2.3.7" və "iPhone iOS 7" (və daha köhnə versiyalar) sistemləri üçün dəstəklənməsi dayandırılacaq.

 

Məlumata görə, "Windows 10 Mobile" üçün istifadəçi dəstəyi 10 dekabr 2019-cu ildə başa çatacaq. Həmin tarixdən etibarən "Microsoft" korporasiyası tərəfindən ümumistifadəli yenilənmə və ya düzəlişlərin buraxılışı dayandırılacaq. "Windows" sistemli smartfon istifadəçilərinə dəstəklənən "iOS" və "Android" qurğularına keçmək tövsiyə olunur.

 

Qeyd edək ki, "Windows Phone 8.1" sisteminin yeni versiyaları 11 iyul 2017-ci ildən buraxılmır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

İKT bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla