Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

Günü-gündən “əriyən” Samirə həmkarlarına görün nələr dedi...: “Mənim “Həci”m yoxdur, həciləri aşağılamayın”

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Maqazin
Günü-gündən “əriyən” Samirə həmkarlarına görün nələr dedi...:     “Mənim “Həci”m yoxdur, həciləri aşağılamayın”

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Müğənni Samirə Yusifqızının Azmedia.az-a müsahibəsi.

 

- Samirə xanım, bir müddət əvvəl əməliyyat olundunuz. Tamaşaçıların reaksiyası necədir?

 

- Bəli, bir dənə əməliyyat keçirmişəm. Amma tamaşaçılar elə bilir ki, bütün bədənimi yığdırmışam. Qarın ətrafında dəri sallanması var idi, onu yığdırmışam. Bunun nəticəsi idi ki, 20 kilo arıqlamışam. Hamı bəyənir, məni görənlər deyir ki, çox yaxşı olmusan. Kim bəyənmirsə öz işidir, əsas odur ki, mən bəyənirəm.

 

- Yarıgerçək, yarızarafat demişdiniz ki, sevgiliniz üçün əməliyyata girmisiniz. Əsas odur ki, o şəxs bəyəndi?

 

- Zarafat etmişdim, istədiyim şəxs yoxdur. Özümə görə əməliyyata girmişəm.Bu əməliyyatı çoxdan arzu edirdim. Həyatımda “o” yoxdur.

 

- Tarix Əliyevin “Hər şey daxil” verilişində gəlinlik də geyindiniz. Əgər “o” yox idisə buna səbəb nə idi?

 

- Tarix Əliyevin verilişində gəlinlik geyinməyimin səbəbi də bu suallara nöqtə qoymaq idi. Aparıcı da qeyd etdi ki, bu sırf çəkiliş üçün olan bir ideya idi.Düzdü tənqid edənlər oldu, amma hardasa tənqidin özü də bir fikirdir. Əgər tamaşaçı sevmirsə,baxmırsa, oxumursa deməli o insan həyatda yoxdur. Deməli mən varam ki, mənimlə maraqlanırlar. Hər kəsin fikrinə hörmətlə yanaşıram, yetər ki, tənqid olsun, təhqir yox!

 

- Tamaşaçılar sizdən daha çox nə istəyir?

 

- Tamaşaçılar deyir ki, Oqtay Kamillə yeni duetlər edin. Yeni mahnılar istəyirlər, başqa heç nə ilə maraqlanmırlar.

 

- Bir müddət əvvəl mahnı üstündə əməkdar artist Gülüstan Əliyeva ilə qalmaqal yaşamışdınız. Hal-hazırda münasibətləriniz nə yerdədir?

- Hal-hazırda yaxşı münasibətimiz var, hər şey öz yerindədir.

 

- Deyirlər ki, qalmaqal etməyən müğənninin toyları da az olur. Bu həqiqətdir?

 

- Xeyr, bu mənə heç də lazım olmayan bir şeydir. Çünki mən incəsənətimizdə öz yerini tutmuş müğənnilərdənəm. İlk qadın meyxanaçı kimi möhürümü vurmuş adamam. Mənə qalmaqal lazım deyil. Bundan sonra efirlərə də çıxmasam mənim ehtiyacım yoxdur. Məni xalq tanıyır, xalq sevir.

 

- Həmkarlarınız sizə toy verir?

 

- Xeyr, həmkarlarım mənə heç vaxt toy verməyib.

 

- Bəs siz?

- Məndən hansı müğənninin nömrəsini istəyirlərsə verirəm.

 

- Samirə xanım, istərdim müğənnilərin məşhur “Həci”-lərindən danışaq. Sizcə onlar niyə Həciləri bu dərəcədə aşağılayırlar?

 

- Məncə də Həciləri bu dərəcədə ucuzlaşdırmaq olmaz. Onları çox aşağılayırlar. Həcc ziyarətinə gedib gələn insanlara həci deyilir. Onları bu qədər aşağılamaq olmaz.

 

- Aparıcı Elgiz Əkbər sizin evdə çəkilişdə olanda  Həci-nizin olduğunu bildirmişdi..

 

- Elgiz zarafat etmişdi. Mənim “Həci”m yoxdur.

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla