Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

Metro stansiyalarına kimlərin adları veriləcək? - RƏYLƏR - FOTO

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Cəmiyyət
Metro stansiyalarına kimlərin adları veriləcək? -     RƏYLƏR - FOTO

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

"Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir. 


Buta.ws xəbər verir ki, "Ulduz" stansiyasının "Böyükşor"la əvəz olunması planlaşdırılır.  Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif olunub.  

İki metro stansiyanın adının dəyişdirilməsi zamanı ictimaiyyət nümayəndələrinin fikrinin nəzərə alınması daha düzgün adların təyin olunması ilə nəticələnə bilər. Bu məqsədlə ölkədə tanınmış şəxslərə metro stansiyalara hansı adlarının verilməsi sualı ilə müraciət etdik. BAKU.WS-in sualını cavablandıran şəxslərin təklifləri fərqliliyi ilə birgə aktuallığı ilə seçildi. İctimaiyyət nümayəndələrinin fikirləri belə oldu:

Tibb elmləri namizədi Rəşid Mahmudov: “Bizim o qədər dahilərimiz olub ki, onların adlarının verilməsini istəyərdim. Məsələn dahi Məhəmməd Füzulinin adının stansiyalardan birinə verilməsi yaxşı olardı. Bizi dünyaya tanıdan Rəşid Behbudov kimi müğənnimiz Cahangir Cahangirov, Tofiq Quliyev və Üzeyir Hacıbəyov kimi bəstəkarlarımız olub. Bu adlardan birinin də növbəti stansiyaya verilməsini, daha çox Hacıbəyovun adının stansiyalardan birinə verilməsini arzu edirəm”. 


Xalq artisti, İncəsənət Universitetinin professoru Afaq Bəşirqızı: “Stansiyaların birinin adı mütləq Milli Qəhrəman adını daşımalıdır. Milli qəhrəmanlardan ən böyük seçim Mübariz İbrahimovdadır. Digəri isə Müslüm Maqomayevin adını daşıması yaxşı olardı. Çünki o, dünya şöhərtəli bir şəxsdir və həmişə yaşayacaq. Etiraf etmək lazımdır ki, Müslüm Maqomayev elə bir inci idi ki, o, Azərbaycan mədəniyyətinə düşmüşdü və bundan sonrakı nəsillərə də onun qədrini bilmək lazımdır”. 


İlahiyyatçı, “Məşədi Dadaş” məscidinin imam-camaatı Şahin Həsənli: “Düşünürəm ki, bu kimi adların dəyişdirilməsi zəruridir. Çünki Sovet dövründən qalma adlardır və o dövrün idioloji abu-havasına uyğundur. Buna görə, bu adların müasir dövrə uyğunlaşıdırlması lazımdır. Bu kimi stansiyalara görkəmli və tarixi şəxsiyyətlərimizin və müasir dövrmüzdəki milli qəhrəmanların adlarının qoyulması yaxşı olardı. Məsələn Məhəmməd Füzulinin adı qoyula bilər. Həmçinin müasir dövrdə Qarabağ uğrunda döyüşlərdə canını fəda etmiş hansısa Milli Qəhrəmanın adı verilə bilər. Bu həm şəhidliyə sayğı olar, həm də Milli Qəhrəmanların adlarının əbədiləşməsinə xidmət edər”. 


Yazıçı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı: “Mən çox istərdim ki, metro stansiyaların birinin adı Təbriz olsun. Digərinin adı Bakının daşnak ermənilərdən azad olunmasında xidməti olan Nuru Paşanın adı ola bilər. Əslində Xalqlar Dostluğu və Ulduz adı bir o qədər də pis deyil. Ulduz göydə var və bunu inkar etmək olmaz. Simvolik adlar o qədər də pis deyil. Yeni stansiyalara Cavad xan və Babək adının verilməsini də istərdim. Bir məsələ də var ki, yeni ərazilərdə açılan stansiyalara yeni ad axtarmaq lazım deyil, həmin məkanların adlarının stansiyalara qoyulması insanlar üçün də rahat olacaq”. 


Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı: “Əslində bu barədə heç düşünməmişəm və veriləsi adlar çoxdur. Stansiyaların adlarının tanınmış şəxsiyyətlərin adlarından olması daha yaxşı olardı. Fərqi yoxdur qəhərman və ya tarixi şəxsiyyət olsun. Məsələn bizdə Üzeyir Hacıbəyovun adını daşıyan stansiya yoxdur və bu adın verilməsi yaxşı olar. Bu da var ki, stansiyaların adını dəyişmək qərarına gəliblərsə, yəqin ki, görünür hansısa fikirlər var”. 

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla