Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

Sürücülərə ŞAD XƏBƏR: Bu qadağa aradan qaldırılır

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Gündəm
Sürücülərə ŞAD XƏBƏR:     Bu qadağa aradan qaldırılır

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti bu gün başa çatıb.

 

 Buta.ws "Report"a istinadən xəbər verir ki, mövcud məhdudiyyət götürüləcək. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə "Report"a bildirib ki, bu qadağanın ləğv olunması ilə bağlı hələ qərar yoxdur:

 

“Mən çox istəyirəm ki, bu qərar ləğv olunsun. Belə hesab edirəm ki, bu qadağanın qoyulması yanlışdır. Ola bilər 15-20 il öncə bu, cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində lazım idi. Çünki ölkədə radikal qüvvələr var idi ki, ölkədəki ictimai-siyasi sabitliyi pozurdular. Amma indi zaman dəyişib, cənab Prezident turizmin inkişafı ilə bağlı mövqe ortaya qoyub, turistlər gəlir. Biz o turistləri başa sala bilmərik ki, hansı ayda jalüzlərdən istifadə etmək olar, hansı ayda yox. Çünki Avropa Komissiyasının qərarına görə, arxa yan şüşələrə pərdə vurulması sürücünün öhtəsinə buraxılır. Belə olan halda biz nəyə görə qadağalar qoymalıyıq? Biz Avropaya inteqrasiya ediriksə bu qadağanı ləğv etməliyik. Bu qadağalar bu gündən qüvvəyə minir. Belə hesab edirəm ki, 100 minə yaxın sürücü qadağaların təsiri altına düşəcək. Mən bunun ləğvinin tərəfdarıyam. Ən azı şifahi göstəriş səviyyəsində bu qadağa dayandırılsın, insanlar hansısa formada cərimələnməsinlər”.

 

Deputatın sözlərinə görə, belə bir fikir də formalışır ki, bu qadağaların mahiyyəti hansısa iş adamlarına şərait yaratmaqdır.

 

“Ölkəyə plyonka və pərdələri gətirənlər 6 ay satışla məşğul olurlar, daha sonra sökülür, növbəti 6 ayda yenidən satışa başlayırlar. Bu az rəqəm deyil, 100 mindən çox maşında bu gün plyonkalar var. Bu adamlar niyə cəzalanmalıdır, bunu başa düşmürəm”.

 

Ç.Qənizadə xatırladıb ki, Milli Məclisdə bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırılıb.

 

“Beş-altı aydır məsələ qaldırılıb ki, müvafiq qurumlar bununla bağlı qurumlar addımlar atsın. Çox təəssüf ki, laqeydlik var. Yəqin ki, növbəti iclaslarda bu məsələ yenidən qaldırılacaq. Eyni zamanda hazırda heç bir problem yaratmayan plyonkaların və pərdələrin hətta qanunda olsa belə sökülməsinin tərəfdarı deyiləm. Gözləmək lazımdı, insanlara əziyyət vermək olmaz”.

 

Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may-15 noyabr müddətində həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla