Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

Sürücülər “qara sevda”ya görə cərimələnəcəkmi? – DYP-dən açıqlama

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Cəmiyyət
Sürücülər “qara sevda”ya görə cərimələnəcəkmi? –     DYP-dən açıqlama

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Son günlərdə ən çox müzakirə edilən məsələlərdən biri də avtomobillərdə qara pərdələrdən il boyu istifadəyə icazənin verilib-verilməyəcəyi ilə bağlıdır.

 

Qeyd edək ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilmişdir.

 

Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

 

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

 

Küləyə qarşı şüşələr üçün – 75 %

 

Küləyə qarşı olmayan digər şüşələr üçün – 70 %

 

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

 

 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

 

Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

 

Əlavə edək ki, pərdələrdən istifadə ilə bağlı qaydalar hələ də öz qüvvəsində qalır.

 

Bəs örtüklərin vurulub sonra yenidən sökülməsinə münasibət necədir?

 

Sürücü Laçın Kamilbəylinin fikirlərinə görə, o, bunu yaxşı qarşılamır: “Çünki Avropa ölkələrində bu qadağa yoxdur. Mən demirəm, bütövlüklə ümumi maşının hamısı plyonka olsun. Düşünürəm ki, ön və qabaq, yan şüşələrə örtük vurulması axşamlar görməni məhdudlaşdırdığı üçün yaxşı deyil. Lakin arxa şüşələrə həmişə icazə versələr, tarix məhdudiyyəti qoymasalar daha gözəl olar”.

 

Məsələ ilə bağlı Azadinform-un suallarına cavab verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib ki, Qanunvericilikdə necə varsa elə də olacaq: “Hazırda mövcud olan Qanunvericilikdə bununla bağlı hər hansısa dəyişiklik olunmayıb. Mövcud Qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək”.

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla