Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

Vilayət Eyvazov gənc zabitlərə TAPŞIRIQ VERDİ - FOTO

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Ölkə
Vilayət Eyvazov gənc zabitlərə TAPŞIRIQ VERDİ -     FOTO

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Daxili İşlər Nazirliyində (DİN) müxtəlif illərdə dövlət ali təhsil müəssisələrini bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların respublikanın şəhər, rayon polis orqanlarında vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Buta.ws-ə verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında reallaşdığını xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu bildirib.

 

Nazir qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb.

 

V. Eyvazov hazırkı tədbirin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti təzahürü olduğunu bildirib.

 

DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinin dövlət ali təhsil müəssisələrini bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşlarla komplektləşdirilməsinə dair Daxili İşlər nazirinin müvafiq tapşırığına əsasən, görülmüş işlər barədə məruzə edib.

 

O, qeyd edib ki, sözügedən tapşırığın icrası ilə əlaqədar olaraq aidiyyəti əməkdaşların şəxsi işləri öyrənilib, dövlət ali təhsil məktəblərinə qəbul zamanı yüksək bal toplayaraq əyani təhsil almış, xidmətdə müsbət xarakterizə olunan 199 əməkdaşın bilik və fiziki hazırlıq səviyyəsi yoxlanılıb.

 

İmtahanların nəticəsinə görə daha üstün olan 36 nəfərin seçildiyi, həmin əməkdaşların istəkləri və iş yerləri nəzərə alınmaqla orta rəis heyəti vəzifələrinə təyin olunduqları diqqətə çatdırılıb.

 

Daha sonra Nazirliyə dəvət edilmiş əməkdaşların zabit vəzifələrinə təyin olunmaları barədə Daxili İşlər nazirinin müvafiq əmri elan edilib.

 

V. Eyvazov gənc zabitləri təbrik edərək onlara tapşırıq və tövsiyələrini verib.

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla