Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

"Yaşı 30-u keçmiş, uşaqlı xanımları işə götürməyən şirkət sahibləri şərəfsizdir"- Kamil Zeynallıdan SƏRT AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Cəmiyyət
"Yaşı 30-u keçmiş, uşaqlı xanımları işə götürməyən şirkət sahibləri şərəfsizdir"-     Kamil Zeynallıdan SƏRT AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

“Xarici görünüşü xoş olmasa da işini mükəmməl bacaran istedadlı insanlar çoxdur”.


Bunu tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı BiG.AZ-a özəl müsahibəsi zamanı bildirib. Sərt açıqlamalar verən idmançı onu da bildirib ki, əgər bir gün böyük şirkəti olsa, fiziki qüsurlu şəxsləri işə götürər:


Türkiyədə oteldə olarkən diqqətimi bir şey çəkdi. Təmizlik işinə baxan qız daun sindiromlu idi. Sakit-sakit işini görürdü. Belə hallara mən Türkiyədə çox rast gəlmişəm. Dünya ölkələrinin bir çoxunda əlliliyi olan şəxsləri cəmiyyətdən təcrid etmirlər . Əksinə onları işə cəlb edirlər. Bu mənim çox xoşuma gəldi və çox da təsirləndirdi. Kaş dünyada insanların hamısı daun sindiromlu olardı. Bu çox yaxşı olardı. O zaman dünyada cinayət, müharibə, kasıbçılıq, paxıllıq olmazdı.Onların çox gözəl və xoş auraları var. Adama müsbət təsir edir. Lakin bizim ölkədə işə qəbul edən şirkət sahibləri, adətən kişilər belə insanları işçi kimi görmək istəmirlər. Onlar ancaq 30 yaşa qədər olan, qamətli və gözəl xanımları işə götürür. Heç oğlanları da işə götürmürlər. Niyə? Çünki şəxsi maraqlarını güdürlər. İş adı ilə çağırırlar baxırlar xarici görünüşünə, sonra da axşam zəng edib görüşə dəvət edirlər. İşi qurursansa, kişi kimi qur və idarə et. Bu xarici görünüş sənə nə verəcək? Axı, o sənin işini apara bilməyəcək. Xarici görünüşü xoş olmasa da işini mükəmməl bacaran istedadlı insanlar çoxdur. Bunlar işə götürdükləri xanımı həm də şəxsi həyatlarına qatırlar. İş başqa olmalıdır, şəxsi həyat başqa. Belə şərəfsizlər çoxdur. Bəli, işini bu tərzdə quran şirkət sahibləri şərəfsizdir.
Mən bir reklam postuna çəkilmişdim. İki diplomu olmasına baxmayaraq işsiz qalan gəncdən bəhs olunurdu. Bu belələrinə bir ismarıc idi”.

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla