Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

Cinayətkar şəbəkə ifşa edildi - Türkiyədən Azərbaycana...

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Kriminal
Cinayətkar şəbəkə ifşa edildi -     Türkiyədən Azərbaycana...

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi və hüquqi-instusional islahatların müsbət nəticəsi kimi maliyyə və iqtisadi sahədə şəffaflığın təmin edilməsində böyük nailiyyətlər əldə edilmiş, əlverişli biznes mühiti yaradılmaqla sahibkarlığın inkişafına mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması və digər bu kimi neqativ hallar əhəmiyyətli dərəcədə aradan qaldırılmışdır.

 

Buta.ws xəbər verir ki, Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, uzun illər iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olmaqla azad sahibkarlıq mühitində rəqabətliliyə neqativ təsir edən kölgə iqtisadiyyatına, o cümlədən də qara mühasibatlıqdan istifadə edərək dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qarşı effektiv mübarizə tədbirləri aparılmaqdadır.

 

Baş Prokurorluq tərəfindən digər hüquqi mühafizə orqanları və müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə iqtisadiyyatın inkişafına başlıca əngəl hesab edilən belə hallara qarşı mübarizə tədbirləri daim diqqət mərkəzində saxlanılır və onları törətmiş şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.

 

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş təxirəsaslınmaz əməliyyat-istintaq tədbirləri ilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) almadan pul vəsaitlərinin müəyyən xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan cinayətkar şəbəkənin qanunsuz əməlləri ifşa edilmişdir.

 

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İskəndərov Rəşad İmran oğlunun 2018-2019-cu illər ərzində faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq tanışı Mustafa Kılıç Murat oğlu və digər bir qrup şəxslərlə qabaqcadan əlbir olub Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən ofisində gizli formada qeydiyyatını və mühasibatlığını aparmaqla ona müraciət edən ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini Türkiyə Respublikasında qəbul etməli olan şəxslərə təhvil verilməsini təşkil etməsinə, habelə eyni məqsəd və üsulla həmin ölkədə fəaliyyət göstərən belə qruplar tərəfindən qəbul edilmiş pul vəsaitlərinin Azərbaycan Respublikasında ayrı-ayrı şəxslərə çatdırılması müqabilində ümumi dövriyyəsi 88 milyon 744 min ABŞ dolları və 6 milyon 110 min Avro təşkil edən (həmin dövrün məzənnəsi ilə ümumilikdə 162 milyon 720 min manat) 14 min 553 qanunsuz əməliyyat nəticəsində 1 milyon 344 min manat məbləğində pul vəsaitini gəlir qismində əldə etməsinə, eyni zamanda həmin pul vəsaitini Kılıç Mustafa və başqaları ilə aralarında bölərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əsaslı şübhələr müəyyən edilmişdir.

 

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmışdır.

 

İstintaq zamanı Rəşad İskəndərovun ofis kimi istifadə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospektində yerləşən 7 saylı evin 17 nömrəli mənzilinə baxış zamanı oradan sonuncuya məxsus olan 4 ədəd noutbuk, 1 ədəd stolüstü komputer, 118 min ABŞ dolları, 61 min manat, 1.125 AVRO pul vəsaiti, 2 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür.

 

İş üzrə Rəşad İskəndərov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

 

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

 

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ölkə iqtisadiyyatının inkişafına əngəl törədilməsinə yönəlmiş bu növ pozuntuların qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlərin görülməsi davam etdiriləcəkdir.

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla