Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Moskvadakı “Bakı” kinoteatrı sökülüb - FOTO

Gündəm
Moskvadakı “Bakı” kinoteatrı sökülüb -     FOTO

Moskvadakı məşhur “Bakı” kinoteatrı sökülüb.

 

APA-nın məlumatına görə, sovetlər dövründən fəaliyyətdə olan və Rusiya paytaxtının prestijli rayonlarından birində, Usiyeviça küçəsi 12/14 ünvanında yerləşən “Bakı” kinoteatrının sökülməsinə başlanılıb.

 

Kinoteatrın yerləşdiyi binada “Bakı” adlı Azərbaycan restoranı da fəaliyyət göstərib. Artıq bir neçə gündür ki, ağır texnika “Bakı” kinoteatrının yerləşdiyi binanı sökməyə başlayıb.

 

Məlumata görə, sökülən binanın yerində yeddimərtəbəli yeni ticarət mərkəzi tikiləcək. Ticarət mərkəzində beş mərtəbə yerin üstündə, iki mərtəbə isə yerin altında olacaq. VTB bankına məxsus bu mərkəzin 2000 kvm-i yenə azərbaycanlı iş adamlarına icarəyə veriləcək. Həmin 2000 kvm ərazidə yenidən “Bakı” kinoteatrı açılacaq. Bundan başqa, məkanda Azərbaycan mədəniyyət mərkəzinin açılacağı da planlaşdırılır.

 

Qeyd edək ki, Moskvadakı “Bakı” kinoteatrı 1974-cü ildə memarlar İ.Volkov, E.Smolina və L.Fadeyevanın layihəsi əsasında tikilib. Binanın tikilməsində ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə olunub. Kinoteatrda 600, 70 və 60 nəfərlik üç zal olub.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla