Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Məşhur həkim Gəncədə pulsuz konsultasiya keçirdi: yüzlərlə pasient izdiham yaratdı - FOTOLAR

Gündəm
Məşhur həkim Gəncədə pulsuz konsultasiya keçirdi:     yüzlərlə pasient izdiham yaratdı - FOTOLAR

Türkan Gündüz tərəfindən Gəncə şəhərində pulsuz konsultasiya keçirilib.

 

Buta.ws xəbər verir ki, Azərbaycanın tanınmış həkimi, ümumi cərrah, koloproktoloq Dr.Türkan Gündüz tərəfindən Gəncə şəhərində pulsuz konsultasiya keçirilib.

 

Təkcə müayinə olunmaq üçün 100-dən çox pasient müraciət edib. Buna görə də, xəstəxana önündə izdiham yaşanıb. Həkim pasientlərin çoxluğuna baxmayaraq fasiləsiz xidmət göstərib və müraciət edən bütün pasientləri məmnun yola sala bilib. Gərgin keçən günün yorğunluğuna baxmayaraq o, saytımıza açıqlama da verib. 

 

"İnsan hansı vəzifədə çalışırsa, çalışsın birinci vəzifəsi xalqa xidməti və xeyri dəyməlidir. Mənə müraciət edən pasientlərimlə ilk növbədə ünsiyyət qururam, ən azından dərdinə şərik çıxıram. Mən heç vaxt müraciət edən pasientlərə pul gözü ilə baxmamışam. Mənim üçün vacib olan pasientimin problemini həll etmək, onu əvvəlki sağlamlığına qovuşdurmaqdır. İnanın ki, sağaltdığım pasientlərimi seyr edirəm və sağaldıqları üçün sevindiklərini görəndə kövrəlirəm. Deyirəm ay Allah sənə çox şükürlər olsun ki, məni bu yerə gəlib çıxmağıma yardımçı olmusan və mən sənin izninlə yüzlərlə, minlərlə insanı sağaldıram. Doğurdanda bu qürurverci bir hissdir. Dünən yüzlərlə pasienti məmnun yola saldığıma görə çox sevincliyəm. Özümlə o qədər qürur duyuram ki, yorğunluğum unudulub", - deyə həkim bildirib.

 

Müainədən keçən pasientlər çıxışda həkimdən məmnun qaldıqlarını vurğulayıblar.

 

Onlar Türkan xanıma bu xeyirxah əməlinə görə təşəkkür edib, kariyerasında uğurlar arzulayıblar.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla