Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

“Ermənistan rəhbərliyini yandırıb-yaxan budur” - deputat

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Siyasət
“Ermənistan rəhbərliyini yandırıb-yaxan budur” -     deputat

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

"Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü öz işini yüksək səviyyədə  başa vurdu və  yekunda  4 sənəd qəbul olundu. Bunlar  Bakı Yekun Sənədi, Bakı Siyasi Bəyannaməsi,  Fələstin Bəyannaməsi və Azərbaycan hökuməti və xalqına təşəkkür və Həmrəylik sənədidir. Yekun sənədlər Qoşulmama Hərəkatına  üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən təsdiqlənməsi Ermənistanın 120 ölkə tərəfindən rəsmən işğalçı dövlət  kimi tanınması deməkdir. Bu sənədlərin imzalanması Ermənistanda ciddi  təşvişə səbəb olub”.

 

Buta.ws Modern.az-a istindən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru  Çingiz Qənizadə "Xalq qəzeti"nə açıqlamasında Zirvə Görüşünün əhəmiyyətindən danışarkən bildirib.

 

Deputat deyib ki, ümumiyyətlə, ölkəmizdə beynəlxalq təşkilatların, həmçinin  dünya miqyaslı  idman tədbirlərinin keçirilməsinin çox böyük əhəmiyyəti var:

 

“Həmin tədbirlərə dünyanın müxtəlif  ölkələrindən  minlərlə nümayəndə, turist gəlir və əsl həqiqətlərin, ölkəmizin sabitlik məkanına çevrildiyinin  canlı şahidi olurlar. Bu baxımdan, BMT-dən sonra ən böyük siyasi təşkilat olan Qoşulmama Hərəkatının  XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi diplomatik qələbə kimi dəyərləndirilməlidir”. 

 

Çingiz Qənizadə bildirib ki, QH-nin üzv dövlətlərinin  hamısının imzaladığı yekun sənədi Ermənistanı beynəlxalq aləmdə bir küncə sıxışdırdı:

 

“120 dövlət tərəfindən Ermənistanın birmənalı işğalçı adlandırılması, qaçqın və məcburi köçkünlərin ləyaqətli şəkildə qayıdışının təmin olunmasına şəraitin yaradılmasının yekun sənədində öz əksini tapması  işğalçı ölkədə ciddi narahatlıq yaradıb. Bunu Ermənistan  Xarici İşlər Nazirliyinin 28 oktyabr 2019- cu il tarixli bəyanatı da təsdiqlədi. Hesab edirəm ki, bu bəyanat uğursuz erməni xarici siyasətinin acizliyinin nəticəsidir. İşğalçı ölkə tərəfindən yayılan bu bəyanat  diplomatik tərzə qətiyyən uyğun gəlmir. Ermənistan rəhbərliyinin  bu bəyanatla təlaş keçirdiyi  özünü açıq şəkildə büruzə verdi”.

 

Parlamentari qeyd edib ki, zirvə görüşündə yekun sənədlərin imzalanmasından sonra çaşqın vəziyyətə düşən Ermənistan rəhbərliyinin sənədləri imzalayan  üzv dövlələtləri məsuliyyətsizlikdə ittiham etməsi  və hörmətsiz davranış göstərməsi siyasi səbatsızlığın və dövlət idarəçiliyindəki naşılığın əlamətidir:

“Meydandan birabaşa hakimiyyətə gəlmiş Nikol Paşinyandan və onun komandasından bundan artıq nə gözləmək olardı? Onsuz da Ermənistana rəhbərlik edənlərin hamısı daim beynəlxalq hüququn norma və prinsiplərinə  hörmətsizlik göstəriblər. Onların davamçısı olan Nikol Paşinyan  mədəniyyətsiz davranışında, siyasi hadisələrdən baş çıxarmamaqda, beynəlxalq hüquqa sayqısızlıq göstərməkdə bir qədər də irəli gedib. Bu, onların xislətindən irəli gəlir. Bu adam  beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq münasibətlərdə sivil davranış qaydalarını hələ də öyrənməyib.  Ona görə də küçə uşaqları kimi,  Qoşulmama Hərəkatının üzv dövlətlərinə qarşı  qeyri-etik və qeyri-diplomatik ifadələrdən istifadə edir”.

 

Deputatın sözlərinə görə,  zirvə görüşündə qəbul olunan yekun sənədinin işğalçı ölkəni ciddi narahat etməsinin  əsas səbəbi bundan sonra   Ermənistanın beynəlxalq manevr imkanlarının məhdudlaşdırılması, ikitərəfli əməkdaşlığın xeyli çətinləşəcəyinin, qondarma soyqırımından istifadə edərək oyunlar qurmaq imkanlarının qarşısının alınmasıdır:

 

“Ermənistan rəhbərliyi bunu çox yaxşı dərk edir. Əgər 120 dövlət yekdil qaydada Ermənistanın işğalçı  ölkə olduğunu rəsmən təsdiqləyirsə, deməli, bu ölkədə demokratiyadan , sivil qaydalardan və  hüquq prinsiplərindən danışmağa dəyməz. Bax, Ermənistan rəhbərliyini yandırıb-yaxan da budur”.

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla