Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Nəyə görə hava dəyişəndə sümüklərimiz ağrıyır? – Külək və rütubətin təsiri

Sağlamlıq
Nəyə görə hava dəyişəndə sümüklərimiz ağrıyır? –     Külək və rütubətin təsiri

Hava bir az soyuyan, tutulan kimi, yağış yağmazdan öncə çox insanlar sümüklərinin, oynaqlarının sıxıldayıb ağrımasından şikayətlənir. Əvvəllər bu ağrılar 50 yaşdan sonra insanlarda eşidilirdi. İndi isə gənclər də sümüklərin, diz və biləklərinin sancmasından gileylənir.

 

Bir çoxu bunu revmatizmə, bir çoxları isə meteohəssas olduqları üçün yağışı, küləyi əvvəlcədən hiss etdiklərinə yozur. Nəyə görə hava dəyişimi ağrı verir, səbəb nədir və bununla necə mübarizə aparmalı?

 

Buta.ws Medicina.az-a istinadən xəbər verir ki, bu vəziyyət oynaqlarda yerləşən baroreseptorlarla bağlıdır. Bildiyiniz kimi oynaqlar təkcə dizdə yox, çanaq, bud, çiyin, qollarda da var. 

 

Hava rütubəti, nəmliliyi artan, temperatur aşağı düşəndə oynaqlar arası mayenin səviyyəsi azalır, bağlar genişlənir. Məhz bu an insan oynaqlarında ağrı, sızıltı hiss edir. Bu hər insanda olur, amma hamı heç də eyni hiss etmir. Daha çox artıq damar və oynaqlarında problemi olanlarda ağrı çox olur.

 

Nəm hava, güclü külək, qəfil soyuqların düşməsi mövcud xəstəlikləri ağırlaşdırır. 

 

"Aşağı ətrafların soyuması, qan dövranı pozulması artritin yaranmasına daha da zəmin yaradır” – deyə həkim bildirir.

 

Sağlam insan yalnız çox güclü və qəfil hava dəyişimləridə diskomfort hiss edə bilər. 

 

Bəs nə etməli?

 

Kəskin ağrılarda iltihab əleyhinə qeyri-stereod dərmanlar qəbul etmək lazımdır. Yalnız acqarına olmaz, onlar mədəni zədələyə bilir. Yüngül sızlamalarda isə iltihabəleyhinə yerli təsir edən mazlardan istifadə etmək yetərlidir.

 

Bu səhvi etməyin!

 

Çox insanlar oynaqlardakı ağrını azaltmaq üçün isti vanna, isti duş alır. Bunu etmək qəti olmaz. Əgər oynaq iltihablıdırsa, bu ağrını daha da artıracaq. Ona görə oynaqlarında iltihab  və sızıltı olanlar isti sauna, duşdan uzaq durmalıdır.


 Eləcə də belə havalarda ağrı varsa masaj, idman, fitnes və məşqləri də təxirə salmaq lazımdır. İltihablı oynağa bu anda fiziki yük lazım deyil.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Sağlamlıq bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla