Zəngəzur küçəsi təmir edilir - Video

17:54 - 30 Sentyabr 2022 - GÜNDƏM

 Zəngəzur küçəsi təmir edilir - Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Zəngəzur küçəsi, döngə 3 ünvanında təmir işləri aparır.

Agentlikdən Buta.ws-a verilən məlumata görə, ümumi uzunluğu 450 metr olan sözügedən küçə aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.

Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr olan küçə və yolun təmiri işləri aparılır.

Agentlik ötən il Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçəni təmir edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol