Xəyanətkarlar uzaqlaşdırıldı, amma yeyintilər davam edir

16:14 - 30 Sentyabr 2022 - GÜNDƏM

 Xəyanətkarlar uzaqlaşdırıldı, amma yeyintilər davam edir

Əlahiddə kateqoriyaya xidmət göstərənlərin pensiya sistemi ilə bağlı ayrı qanunvericilik olmalıdır. Hərbçilərin pensiyası üçün asan şəkildə başa düşülən ayrı qanun layihəsi qəbul edilməlidir.

Buta.ws xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, həmin kateqoriyaya aid olanlar əmək fəaliyyəti ilə yox, döyüş funksiyasını yerinə yetirirlər:

“Hərbi sistem qapalıdır deyə, bu sahəyə çox da diqqət yetirilmir. Lakin qapalı sistemdə digər sistemlərdən fərqli olaraq cinayətlər baş verir. Müdafiə Nazirliyinin vəzifəli şəxsinin sonuncu 8 milyonluq mənimsəmə faktı şəhidlərimizin, eləcə də “Tərtər hadisələri"ndə işgəncə görərək ölənlərin qanpuludur. Müdafiə Nazirliyindən ən ciddi xəyanətkarlar uzaqlaşdırıldı. Necə oldu ki, yenə də yeyintilər davam edir. Hərbçilərin pensiya məsələsi əvvəl ayrı qanun şəklində var idi, lakin sonradan birləşdirildi. Hesab edirəm ki, bu məsələyə bir də baxılmalıdır. Nə zaman ki müharibə tam bitər və sərhədlərin tam təhlükəsizliyi təmin olunar, onda yenə birləşdirilər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol