Rus komandir: Limanı itiririk, böyük zərbə aldıq…

14:48 - 30 Sentyabr 2022 - GÜNDƏM

 Rus komandir: Limanı itiririk, böyük zərbə aldıq…

Bu saatlarda Liman ətrafında çox güclü döyüşlər gedir. Biz bu ərazini itiririk. Amma bu o demək deyil ki, təslim olduq. Yaxşı cavab planımız var.

Buta.ws xəbər verir ki, bu sözləri “Rossiya 1” telekanalının efiri zamanı canlı yayıma çıxan qondarma “dxr”in “Şərq” batalyonunun komandiri Aleksandr Xodakovski deyib.

“Limanı geri qaytarmaq Ukrayna Silahlı Qüvvələrinin əsas hədəfi idi. Onlar bunu etmək üçün addım-addım irəliləyirdilər. Biz əlimizdən gələni edirik, amma onlar inadkarcasına hücumlara davam edirlər. Bu ərazini ələ keçirmək Ukraynanın gələcək hücumlarına böyük imkanlar yaradır. Bu şəhərin itirilməsi bizə güclü zərbədir. Amma bu məğlubiyyətimiz müharibəni tam uduzmağımız demək deyil”, - deyə komandir qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol