Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Sən kimsən axı, hakimiyyətin üstünə gedəsən?" - Ziyafət Əsgərov

Siyasət
"Sən kimsən axı, hakimiyyətin üstünə gedəsən?" -     Ziyafət Əsgərov

“Ümumiyyətlə, özünü radikal müxalifət adlandıran şəxslərin 90-cı illərdən indiyə qədər xəyanət xronikasına baxanda adamı dəhşət bürüyür. Bu illər ərzində doğrudanmı bu insanlarda bir qram olsun belə inkişaf yoxdur. Onlarda nə dövlətçilik, nə mütaliə, nə də dünya görüşü var. Bu illər ərzində siz nə işlə məşğul olmusunuz?”.

 

Buta.ws “Ölkə.Az”a istinadən xəbər verir ki, bunu  Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. O, bildirib ki, Azərbaycan artıq kosmik dövlətdir:

 

“Ölkəmiz 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilib, Olimpiya səviyyəsində Avropa, İslam Həmrəylik Oyunlarını keçirib, çox böyük humanitar, siyasi tədbirlərə ev sahibliyi edib. Noyabrın 25- 26-da Azərbaycanda böyük beynəlxalq tədbir keçiriləcək. Vacib idimi ki, belə bir vəziyyətdə "28 May" metrosunun yanında qarışıqlıq yaradasınız? Bu dövlətə, dövlətçiliyə nifrət haradan gəlir? Axı siz də Azərbaycan vətəndaşısınız. Mən başa düşürəm ki sizin sifariçiləriniz var. Amma siz Azərbaycan vətəndaşısız. Demək, Azərbaycana nə qədər pisdirsə, onlara o qədər də yaxşıdır”. Z.Əsgərov söyləyib ki, Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq: “Onlar qəsdlə belə hərəkətlər edirlər ki, iğtişaşlar olsun, qarışıqlıq yaransın. 1992-ci ildə mülki və siyasi hüquqlar haqqında paktı Əbulfəz Elçibəy imzalamışdı. Həmin Aktda da sərbəst toplaşmaq haqqında bütün müddəalar yer alıb. Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir. Onlar bilirlər ki, metronun 200 metr ərzisində mitinq keçirmək olmaz. Çünki həmin ərazi qorunan ərazi hesab olunur. Amma buna baxmayaraq, çağırış edir ki, gəlin orada qarşıdurma yaradıb, hakimiyyətin üzərinə gedək. Sən kimsən axı, hakimiyyətin üstünə gedəsən? Avopadan, Aİ-dən bununla bağlı səslər gəlir. Əvvəla, bizimlə diktə ilə danışmayın. Siz gedib İspaniya, Belçika və digər ökələrdə baş verən biabırçıqlıqları araşdırın, sonra gəlib bizdən soruşarsınız. Kimin günahı varsa, cəzasını alacaq, kimin günahı yoxdursa, sərbəst buraxılacaq. Biz ölkə başçısını, müstəqilliyimizi göz bəbəyimiz kimi qoruyacağıq”. Milli Məclisin vitse-spikeri qeyd edib ki, Əli Kərimli hər şeyini itirib: “Heç olmasa gənclərə yazığın gəlsin. Qoy onlar gedib elmlə, təhsillə faydalı işlərlə məşğul olsunlar”.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla