Yunanıstanın baş naziri Türkiyəni hədələdi

17:42 - 29 Sentyabr 2022 - GÜNDƏM

 Yunanıstanın baş naziri Türkiyəni hədələdi

Yunanıstanın sərhədlərini pozan istənilən ölkə cəzalandırılacaq.

Buta.ws xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis məlumat yayıb.

“Hər kim sərhədləri pozarsa, cəzalandırılacaq. 21-ci əsrdə başqa dövrlərin imperiya baxışlarına yer yoxdur. Problemlər sülh yolu ilə və beynəlxalq hüquq normalarına uyğun həll edilir. Bunu xalqlarımız tələb edir və bəziləri sadəcə olaraq mövcud olmayan yerdə düşmən uydurmaqla öz ictimaiyyətinin təsəvvürlərini zəhərləməyə çalışsalar, bu, böyük səhvdir”, - siyasətçi bildirib.

Mitsotakis qeyd edib ki, Yunanıstan öz təhlükəsizliyini gücləndirmək üçün dəniz qüvvələrini artırmaq qərarına gəlib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol