Türkiyə “Mir”ə alternativ hazırlayır

15:20 - 29 Sentyabr 2022 - GÜNDƏM

 Türkiyə “Mir”ə alternativ hazırlayır

Türkiyədəki turizm şirkətləri ölkədəki ruslar üçün “Mir” sisteminə alternativ ola biləcək bilet kartı hazırlayır.

Buta.ws xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Turizm təşkilatları sanksiyaları pozmadan problemi həll etmək üçün bilet kartına bənzər formul üzərində işləyir. Müvafiq olaraq, Rusiyadan gələn turistlər turpaket alarkən onlara “bilet kartı” təqdim ediləcək. Onlar bu kartdan restoran, mağaza və əyləncə məkanlarında istifadə edə biləcəklər. Turizm operatorları rusiyalı turistlərin burada xərclədikləri pulu bilet kartları vasitəsilə restoranlara, ticarət və əyləncə məkanlarına yönəldəcəklər”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Türkiyədə üç dövlət bankı sanksiyalar səbəbindən Rusiyanın “Mir” ödəniş sistemi ilə işi dayandırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol