Putin bu torpaqları Rusiyaya sabah birləşdirəcək

14:38 - 29 Sentyabr 2022 - GÜNDƏM

 Putin bu torpaqları Rusiyaya sabah birləşdirəcək

Rusiyaya yeni ərazilərin birləşdirilməsi haqqında müqavilələrin imzalanma mərasimi sentyabrın 30-da Kremldə keçiriləcək.

Buta.ws xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Sabah saat 15:00-da Böyük Kreml sarayında, Müqəddəs Georgi zalında Rusiya Federasiyasına yeni ərazilərin daxil olmasına dair müqavilələrin imzalanması mərasimi keçiriləcək. Bu tədbirdə Prezident Putinin genişhəcmli çıxışı olacaq”, - Peskov bildirib.

O qeyd edib ki, bu, prezidentin Federal Məclisə müraciəti deyil, fərqli formatdır.

“Prezidentin müraciəti daha sonra baş tutacaq, biz dəqiq məlumat verəcəyik”, - Peskov bildirib.

Onun sözlərinə görə, Putin işğaldan azad edilmiş ərazilərin rəhbərləri ilə sentyabrın 30-da, onların Rusiya Federasiyasına daxil olması ilə bağlı sazişlərin imzalanacağı Moskvada görüş keçirəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol