İrəvanı Bakıya qarşı kimlər və niyə silahlandırır?

13:58 - 29 Sentyabr 2022 - GÜNDƏM

 İrəvanı Bakıya qarşı kimlər və niyə silahlandırır?

Hindistan Ermənistana 244 milyon dollar dəyərində silah verəcək: bu, Dehli üçün xaricə ilk silah satışı, İrəvan üçün dağılmış hərbi arsenalın bərpası üçün fürsətdir.

Hərçənd, Dehlinin ilk silah bazarı olaraq Ermənistanı seçməsi müdafiə sənayesi üzrə ixrac imkanın dəyərləndirilməsindən daha böyük hədəfə hesablanıb.

Bu addım Hindistanın Cənubi Qafqaza daxil olmaq məqsədi daşıyır.

Birincisi, Dehlini Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı narahat edir, xüsusilə bu ittifaqın Kəşmir məsələsində İslamabadın mövqeyini gücləndirməsi baxımdan;

İkincisi, “Üç qardaş”ın təşkil etdiyi ox Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm potensiala malikdir və Dehli bu xəttə qarşı əks-həmlələrə əl atır.

Hindistanın əks-həmlələrini Cənubi Qafqazda qurması da strateji əhəmiyyətli Orta Dəhlizin əsas hablarınan birinin bura olmasıdır: Dehli Orta Dəhliz üzərində Bakı-Ankara-İslamabad üçlüsünün Pakistanın Qvadar limanından istifadə perspektivinə qarşı çıxır, İranın Cabahar limanını əsas marşrut olaraq qəbul edilməsinə çalışır və bununla Pakistan, eləcə də Çin qarşısında əlini gücləndirmək istəyir; Və Orta Dəhliz üzərində əhəmiyyətli layihə olan Zəngəzur dəhlizinə qarşı Ermənistanla birlikdə hərəkət etmək Dehlinin maraqlarına uyğundur;

Hindistan Ermənistanı silahlandırmaqla həm Azərbaycana qarşı müqavimətini gücləndirməyə, həm də bölgədə iştirak imkanlarına nail olmağa çalışır.

Burada Qərb-Ermənistan-İran-Hindistan xəttinin maraqlarının uzlaşması, xüsusilə Zəngəzur dəhlizi məsələsində eyni mövqedə olmaları da diqqət çəkir. Və o ehtimalı da ön plana çıxarır ki, Hindistanın Ermənistanı silahlandırılması prosesinin pərdəarxası iştirakçıları arasında Qərb ölkələri də var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol