Bir həftə ərzində Rusiyada səfərbərlik elan olunduqdan sonra ölkədən qaçanların sayı Ukraynada döyüşən rus qoşunlarının sayından çoxdur.
Buta.ws xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
“Putinin “qismən səfərbərlik” elan etməsindən bəri yeddi gün ərzində ordudan yayınmaq istəyən rusların kütləvi köçü başlayıb. Dəqiq rəqəmlər məlum deyil, lakin bu, Rusiyanın Ukraynanın işğalı üçün topladığı hərbçilərin ümumi sayından artıqdır. Ölkədən qaçanlar arasında daha çox imkanlı və savadlı şəxslər üstünlük təşkil edir”, - məlumatda deyilir.
- Bu xəbərlərə də göz at
- Bakı 2 azərbaycanlı üçün niyə 32 erməni qaytarır?
- İsrailin keçmiş baş qərargah rəisinin oğlu Qəzzada öldü
- Mişeldən Bakı-İrəvan razılaşmasına reaksiya
- İran sərhədə hərbi texnikalar yerləşdirir
- Mirzoyan: Bayramovla görüşə hazıram!
- Gürcüstanda 9 ölkənin iştirakı ilə hərbi təlim başladı