ABŞ Çin yaxınlığında təlimə başlayır

11:48 - 29 Sentyabr 2022 - GÜNDƏM

 ABŞ Çin yaxınlığında təlimə başlayır

Yaponiya, ABŞ və Cənubi Koreya sentyabrın 30-da Amerikanın “Ronald Reyqan” təyyarədaşıyan gəmisinin iştirakı ilə Yapon dənizində birgə təlimlər keçirəcək.

Buta.ws xəbər verir ki, bu barədə Yaponiya Hərbi Dəniz Qüvvələrinin Qərargahı məlumat yayıb.

Məlumata görə, üçtərəfli təlimlər qarşılıqlı fəaliyyəti gücləndirmək və “Azad və açıq Hind-Sakit okean regionu” konsepsiyasını həyata keçirmək məqsədi daşıyır.

Təlimlərdə Amerika təyyarədaşıyan gəmisindən başqa Yaponiyanın “Asahi” esminesi, eləcə də ABŞ-ın raket kreyseri və iki esminesi, o cümlədən sualtı qayığı iştirak edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol