Bakıda avtobus sürücüsündən ağlasığmaz addım - Video

11:04 - 29 Sentyabr 2022 - GÜNDƏM

 Bakıda avtobus sürücüsündən ağlasığmaz addım - Video

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

Buta.ws Manset.az-a istinadən xəbər verir ki, 90 MO 493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb, qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.

Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasında düşüb. Hadisə sentyabrın 27-də baş verib.

Həmin anın videosunu təqdim edirik:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol