Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

“Öz gözünüzdə tiri görmürsünüz, özgə gözündə tük axtarırsınız” - Deputatdan Avropa İttifaqına SƏRT SÖZLƏR

Siyasət
“Öz gözünüzdə tiri görmürsünüz, özgə gözündə tük axtarırsınız” -     Deputatdan Avropa İttifaqına SƏRT SÖZLƏR

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

“Avropada bəyanat verən təşkilatlar ki var, bu gün bütün müsəlman dünyasını qana boyayan, müxtəlif dövlətlərdə çevrilişlər hazırlayıb həyata keçirən, iğtişaşlar yaradan, pozuculuq fəaliyyəti ilə məşğul olan həmin qurumların özləridir. Azərbaycanda fəaliyyət göstərənlər də onların əlaltılarıdır”.

 

Buta.ws xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, müxtəlif Avropa ölkələrinə məxsus olan müəyyən qurumlar var ki, bunlar demokratiya, insan hüquqları, söz azadlığı pərdəsi altında bəzi dövlətlərdə pozuculuq fəaliyyəti ilə məşğul olurlar, dövlət çevrilişləri hazırlayırlar, vətəndaş qarşıdurmasına gətirib çıxarırlar: “Yaxın Şərq buna misaldır. Ancaq mən həmin Avropa qurumlarına səslənib demək istəyirəm ki, siz deyəsən öz gözünüzdə tiri görmürsünüz, özgə gözündə tük axtarırsınız. Siz Fransada davam edən iğtişaşlara, İspaniyada Kataloniyaya baxın və həmin ölkələrdə polisin xalqın başına açdığı oyunlara baxın. Döyülmələrə baxın, ölümlərə baxın, neçə min nəfər həbsxanalara atılıb, onlara baxın. Buna niyə reaksiya vermirsiniz? Buna niyə qiymət vermirsiniz? Avropa dövlətlərində yandırılan, dağıdılan müsəlman məscidlərini gözünüzün qabağına gətirin. Avropada tikanlı məftillərin arxasında yaratdığınız konslagerlərdə saxladığınız miqrantlara, onların başına gətirdiyiniz müsibətlərə baxın. Aralıq dənizini miqrant qəbiristanlığına çevirmisiniz, onu gözünüzün qabağına gətirin. Şeytan əməllərinizdən əl çəkin”.

 

Elman Məmmədov qeyd edib ki, hər dövlətin özünəməxsus qanunu olduğu kimi, Azərbaycan da konstitusiyası var.

 

“Müxalifət Bakı Şəhər İcra Hakimiyyətinə mitinq keçirmək üçün müraciət etmişdi. Müraciət müsbət qarşılandı, mitinqə icazə verildi. Yeri də göstərildi, vaxtı da. Ancaq onlar qəbul etmədi. Onların istədiyi yerdə keçirdikləri mitinqə 1000 nəfər gələcəksə, orada 100 minlərlə insanın hüququları pozulur, həyat iflic olur. Demək kim harada kefi nə istəsə edəcək? Xeyr! Dövlət var, dövlətçilik var, dövlətin qanunları var və qanunlara əməl etmək lazımdır. Qanun pozuntusu etdiniz, qanuna məhəl qoymadınızsa, asayişi qoruyanlar da təbii ki, qanun çərçivəsində hərəkət etməli, vətəndaşların təhlükəsizliyini qorumalıdır. Heç kimə qanundankənar hərəkətlərə yol verməyə icazə verilmir”.

 

Millət vəkili Avropanın bu hərəkətlərinin müstəqillik qazandığımız gündən başladığını da sözlərinə əlavə edib: “O gündən indiyə kimi Avropa bizə qarşı nə qədər qərəzli, əsası olmayan, şər-böhtan xarakterli kampaniyalar aparıb və bu hələ də davam edir. Demokratiyadan danışan Avropa hazırda müstəqil, suveren bir dövlətin birbaşa olaraq daxili işlərinə qarışır. Bundan da böyük siyasi ədəbsizlik ola bilməz. Demək ki, Avropanın özü beynəlxalq qanunları pozur. Burada məqsəd Azərbaycanı da Suriyanın, İraqın gününə salmaqdır. Ona görə də Azərbaycan vətəndaşları bu məsələyə gərək diqqətlə yanaşsınlar, nəticə çıxarsınlar və Azərbaycan üçün belə xoşagəlməz hadisələrin hazırlanmasına qarşı ümumxalq təpkisi ortaya qoysunlar”.(“Ölkə.Az”)

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla