Rus ordusu bu ərazini tərk edə bilməyəcək

08:18 - 29 Sentyabr 2022 - GÜNDƏM

 Rus ordusu bu ərazini tərk edə bilməyəcək

Rusiya ordusu Xerson vilayətində Dnepr çayının sol sahilini tam gücü ilə tərk edə bilməyəcək.

Buta.ws xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Katkov bildirib.

“Xerson körpüsü üzərindəki Rusiya əlində banan tutan meymunu xatırladır. Ümumən, situasiya Ukrayna ordusu üçün idealdır. Rusiya qüvvələri bütün heyətlə bu ərazidən heç yerə qaça bilməyəcək”, - ekspert söyləyib.

Onun sözlərinə görə, uzaqmənzilli silahlar çox effektiv şəkildə rus hərbçilərinin resurslarını tükəndirməyə imkan verir:

“Güneydə uğurların, məsələn, Xarkov vilayəti və Liman bölgəsindən daha az ola biləcəyindən şikayətlənməyə ehtiyac yoxdur. Bu əməliyyat zonalarının hər biri öz məqsədini yerinə yetirir və cənub indiki vəziyyətdə son dərəcə xeyirlidir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol