Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: "Əli, dərhal get polisə və təslim ol!" - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Gündəm
Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi:     "Əli, dərhal get polisə və təslim ol!" - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Kiyevdə qətlə yetirilən 22 yaşlı Cavid Hacıyevin ölümündə dostu Əli Abdullayev Aydın oğlu şübhəli bilinir.  Əli yetərincə imkanlı ailənin övladıdır. O, "Altes Qrup" şirkətinin prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.


Buta.ws baku.ws-ə istinadən xəbər verir ki, R.Abdullayev qətl hadisəsindən sonra qaçıb gizlənən qardaşı oğluna səslənərək, onun hüquq-mühafizə orqanlarına təslim olmasını istəyib:


"Xəbər tutanda anasına və qardaşına bildirdim ki, Əli onlarla əlaqəyə girsə ondan polisə təslim olmasını tələb istəsinlər. Mən də öz növbəmdə tələb edirəm: "Əli, dərhal get polisə və təslim ol!"


Gizlənmək və qaçmaqla bu məsələ öz həllini tapmayacaq. Bu nə qədər sürə bilər?


Bir də, hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, Əlinin tapılmasında və cinayətin açılmasında öz köməklərini əsirgəməsinlər.  Əgər Əli bu vəhşiliyi törədibsə, təbii ki, qanun qarşısında öz cəzasını almalıdır!"


Qeyd edək ki, Əlinin Ukraynada silsilə qətllər törətdiyi barədə məlumatlar var. "Səni axtarıram" proqramına zəng vuran Aynur adlı xanım, onun üzərinə rusca "Diqqət, manyak axtarılır" və ingiliscə "Təhlükəlidir" yazılmış fotosu "Whatsapp" vasitəsilə hər kəsə göndərildiyini bildirib.


Xatırladaq ki, 1997-ci il təvəllüdlü azərbaycanlı tələbə Cavid Hacıyev 2 oktyabrda Kiyevdə qətlə yetirilib. Rəsmən təsdiqlənməyən məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib. Almaniyada səfərdə olan Cavid Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılıb. C.Hacıyev həmin şəhərə gedib. Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddar davranıb. Meyiti yoxa çıxarmaq üçün bir çox üsullara əl atıb.

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla