Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sizin reklam yeriniz     Ölçü: 940x90

+994702372227

Transformatora girən azyaşlının 2 ayağı və qolu amputasiya edildi

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Hadisə
Transformatora girən azyaşlının 2 ayağı və qolu amputasiya edildi

Sizin reklam yeriniz     Ölçü: 600x60

+994702372227

Gizlənpaç oynayan zaman tranformatora girən 9 yaşlı Zəhranın iki ayağı və qolu amputasiya olunub.


Bu barədə məlumatı jurnalist Esmira Cavadova sosial şəbəkədə paylaşıb. Bildirib ki, uşağın atası, anası olmadığı üçün əməliyyata razılıq üçün nənəsindən imza alınıb:
"Bir həkim qarşıya çıxıb o kimsəsiz uşağın müalicəsini üzərinə götürmədi. Halbuki, barmaqları kəsilməkdə kifayətlənə bilərdilər. Araşdıranda uşaqla bağlı dəhşətli faktlar ortaya çıxır. Əl boyda uşaq dəcəlliyinə görə məktəbdən qovulub, özündən böyük qardaşı aradabir gəlib uşağı döyüb gedir, gecələri küçələrdə qalır, bir sözlə, psixoloji travmaları çoxdur.
Uşağın faciəsinə görə "Azərişıq” cavabdehdir. Bundan əvvəl də dəfələrlə belə faciələr baş verib. Ötən ayın sonunda Maştağada 8 yaşlı oğlan transformatora yapışıb külə döndü”. 
Qeyd edək ki, hadisə ötən həftə Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib. Ağır vəziyyətdə olan Zəhra Əliyeva 5 saylı şəhər kliniki xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.


Buta.ws xəbər verir ki, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hadisə ilə bağlı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bütün elektrik transformator məntəqələri standartlara uyğun olaraq bağlı vəziyyətdə olur:


"Bütün məntəqənin ətrafına hasar çəkilib və kənar şəxslərin girişi tam qadağandır. Qapılar hər zaman kilitli olur. Hamısının qarşısında da xəbərdaredici lövhələr vurulub. Bu cür qapalı olan yerə uşaqların necə girdiyini bilmirik. Əməkdaşlar hadisə yerində olub. Araşdırma aparılır.


Hətta bəzən insanlarımız təhlükənin fərqində olmadan evlərində cərəyanla təmasda olur. Burada bir qədər vətəndaşların da diqqətli olması vacibdir”.
Xatırladaq ki, bir müddət öncə Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində pişiyi götürmək üçün transformatora tərəf gedən 8 yaşlı Yusif Ələkbərovu elektrik cərəyanı vurmuş, uşağın həyatını xilas etmək mümkün olmamışdı.
 

Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Hadisə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla