Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

“Qadının əl-ayağını iplə bağlayıb döyüblər” - Goranboydakı hadisənin detalları - VİDEO

Cəmiyyət
“Qadının əl-ayağını iplə bağlayıb döyüblər” -     Goranboydakı hadisənin detalları - VİDEO

Goranboy rayonunda qadının ata bağlanaraq sürünməsi ilə bağlı rəsmi açıqlama verilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Azxeber.com-a açıqlamasında bildirib ki, həmin ailələr arasında əvvəldən də düşmənçilik olub: "Bu məsələ ilə bağlı hər iki tərəfin izahatı alınıb. Zərərçəkən, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova ifadəsində də ata bağlanmadığını qeyd edib. O bildirib ki, səhər saatları atları qonşu Filduz Dəmirovanın həyətinə girib. Bu da onu görərək atı gətirmək üçün ora gedib.


Lakin bu zaman onlar arasında mübahisə yaranıb və dava ilə nəticələnib. Sahilə Ələkbərovanın iddiasına görə, Filduz Dəmirova qızı və oğlu ilə birlikdə onun əl-ayağını iplə bağlayaraq döyüblər. Zərərçəkən sonra bilək və baldırın əzilmiş xəsarətləri ilə xəstəxanaya müraciət edib. 


Filduz Dəmirova da Goranboy Rayon Polis Şöbəsinə dəvət olunaraq izahatı alınıb. Araşdırma davam etdirilir. Sahilə Ələkbərovanın ata bağlanaraq sürünməsi və işgəncə verilməsi məlumatı yanlışdır”.
 

Paylaş
Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla