Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Prezidentlə xanımını toya dəvət edən şəhid ailəsi: “Bizə qonaq gələcəklərini bilmirdik”

Ölkə
Prezidentlə xanımını toya dəvət edən şəhid ailəsi:     “Bizə qonaq gələcəklərini bilmirdik”

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak ediblər. Açılışdan sonra ölkə başçısı xanımı ilə birlikdə Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın evində qonaq olub.

 

Səmimi söhbət zamanı şəhid ailəsi Prezident və Birinci xanımı oğlunun toy məclisinə dəvət edib. Ölkə başçısı məmnuniyyətlə toyda iştirak edəcəklərini bildirib.


Şəhid xanımı Fəridə Cabbarova Azvision.az -a açıqlamasında bildirib ki, Prezidentin onun evinə gələcəyindən xəbərsiz olub və son anda məlumat alıb.


İki oğul anası olan F.Cabbarova bundan əvvəl Lökbatan qəsəbəsində yerləşən qəzalı binada yaşayıb: "Bilirdim ki, mənə şəhid ailəsi, eləcə də məcburi köçkün ailəsi kimi ev verəcəklər. 

 

Ancaq dünən "Qobu Park-2” yaşayış kompleksinin ilk sakini olacağımı, Prezident və xanımının bizə qonaq gələcəyini bilmirdim. Bizim üçün sürpriz oldu”.


F. Cabbarova, həmçinin ölkə başçısını və xanımını oğlunun toyuna dəvət etməsindən danışıb. O, hələ toyun vaxtının bəlli olmadığını deyib.


"Cənab prezident söhbət zamanı məcburi köçkünlərin "çörək pulu" xərclərinin 50 faiz artırılmasından danışdı. Bundan əlavə, şəhid, məcburi köçkün ailələrinə dövlətin qayğısından söz açdı. Bizim ailənin çətinlikləri ilə maraqlandı. Bir süfrə arxasında çay içdik. Kədərli çıxışım onları da kövrəltdi. Böyük bir mükafatın, səmimiyyətin qarşısında başqa bir istəyim yox idi. Ani olaraq ağlıma gəldi ki, Prezidentimizi və Mehriban xanımı kiçik oğlum Nicatın toyuna dəvət edim. Oğlumun 29 yaşı var, mənzil probleminə görə onu evləndirə bilmirdim. Dedim ki, ev məsələmiz də düzəldi, bu yaxınlarda kiçik oğlum Nicata toy edəcəyik. Arzu edərdim ki, xeyir-duasını dövlət başçısı versin, çünki oğlumun atası yoxdur. Toyun vaxtı bəlli deyil. Toyumuz nə vaxt olacaqsa, iştirak edəcəklər. Mütləq onları dəvət edəcəyəm”.

Paylaş
Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla